')

Bu gün:


FutbolPress.Az | Ronaldinyodan inanılmaz addım: görün hansı kluba keçir?

Ronaldinyodan inanılmaz addım: görün hansı kluba keçir?


oxunma sayı: 4305 Paylaş:

FutbolPressMeksika "Kuretaro"sundan ayrılan Ronaldinyo yenidən azad agent statusu alıb.

"Barselona" və "Milan"ın sabiq üzvü özünə yeni iş yeri tapıb. Braziliyalı futbolçu karyerasını Afrikada davam edə bilər.

"101greatgoals.com"un məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi ilə Anqola "Kabuskorp"u danışıqlar aparır. Bu haqda klubun prezidenti Bento Kanqamba mətbuata açıqlama verib:

"Bəli, biz hazırda Ronaldinyo ilə danışıqlar aparırıq. Biz onunla bir illik müqavilə imzalamaq istəyirik. Artıq danışıqların final mərhələsindəyik. Mən inanram ki, dünya futbolunun canlı əfsanələrindən olan Ronaldinyo bizim sıralarımıza qoşulacaq və Afrika Çempionlar Liqasını da qazanacaq. Bu, həm də ona Klublararası Dünya Çempionatını da qazanmağa imkan verəcək".

Bundan əvvəl "Kabuskorp" artıq braziliyalı əfsanələrdən biri ilə müqavilə imzalayıb. Klubda 2012-ci ildə Rivaldo çıxış edib. O, Anqola klubunda oynadığı 21 matçda, 18 qol vurub.


oxunma sayı: 4305 | Paylaş:




?>