')

Bu gün:


FutbolPress.Az | Robert Prosineçki kimdir? (İLKİN TANIŞLIQ)

Robert Prosineçki kimdir? (İLKİN TANIŞLIQ)


oxunma sayı: 1443 Paylaş:

FutbolPressBugün Xorvatiyalı mütəxəssis Robert Prosineçki AFFA ilə danışıqlar aparmaq üçün Bakıya gəlib.

Çox güman ki, 45 yaşlı mütəxəssis bundan sonra Azərbaycan millisini çalışdıracaq.

Robert Prosineçki 1969-cu ilin yanvarın 12-də Almaniyanın Şveninqen bölgəsində doğulub. Uşaq vaxtı isə o, vətəninə qayıdıb. Futbolçu karyerasına Zaqreb "Dinamo"sunda başlayan Prosineçki daha sonra "Srvena Zvezda"ya keçib və burada 1991-ci ildə Çempionlar Kubokunun qalibi olub. O, 1988, 1990 və 1991-ci illərdə Yuqoslaviya çempionu olub, 1990-cı ildə isə Yusoqlaviya kubokunu qazanıb.

Bundan əlavə yarımmüdafiəçi "Real" Madrid, "Ovedo", "Barselona", "Sevilya", "Standart", “Hrvatska Draqovolyats”, "Portsmunt", "Olimpiya" Lyubyana və "NK Zaqreb"in də şərəfini qoruyub.

Prosineçki Yuqoslaviya millisinin heyətində 15 oyunda meydana çıxıb və 4 qol vurub. Futbolçu Xorvatiya millisinin heyətində oynadığı 49 oyunda isə 10 qolun müəllifi olub. 1987-ci ildə isə Yuqoslaviya millisi ilə Çilidə keçirilən gənclər arasında dünya çempionatının qalibi olub və həmin turnirin ən yaxşı oyunçusu adına layiq görülüb. Prosineçki 1990-cı ildə Yuqoslaviyada, 1997-ci ildə isə Xorvatiyada ilin ən yaxşı futbolçusu seçilib. "Robi" ləqəbli futbolçu 1998-ci ildə Fransada keçirilən Dünya Çempionatının da bürünc mükafatçısıdı.

Prosineçki məşqçilik karyerasında 2006-cı ildə başlayıb. O, həmin ildə Slaven Biliçin köməkçisi kimi Xorvatiya millisində işə başlayıb. 2010-cu ildə mütəxəssis buradan ayrılıb və iki il vətənində "Srvena Zvezda"nı çalışdırıb. 2012-ci ildə Türkiyə “Kayserispor”unun “sükanı arxasına” keçən xorvatiyalı 2013-cü ilin sonunadək bu postda qalıb.

Onun məşqçi kimi yeganə uğuru 2011/12 mövsümündə Serbiya kubokunu qazanması olub.
 

Komanda Uğurları İl
Milli Dünya Çempionatının bürünc mükafatçısı 1998
U-20-lər arasında Dünya Çempionu 1887
“Srvena Zvezda” Avropa Çempionlar Kubokunun qalibi 1991
Yuqoslaviya çempionu 1989, 1990, 1991
Yuqoslaviya kubokunun qalibi 1991
“Real” Madrid İspaniya Kubokunun qalibi 1993
“Sevilya” İspaniya Kubokunun qalibi 1997
İspaniya Super Kubokunun qalibi
“HR Dinamo” Xorvatiya çempionu 1998, 1999, 2000
Xorvatiya kubokunun qalibi 1998
“Olimpiya” Sloveniya kubokunu qalibi 2002
 
Şəxsiuğurları İl
“Bravo” kubokunun sahibi – Avropanın ən yaxşı gənc oyunçusu 1991
Yuqoslaviyada ilin ən yaxşı futbolçusu 1990
Xorvatiyada ilin ən yaxşı futbolçusu 1997
   

Mövsüm Klub Oyun Qol
1986/87 “Dinamo” Zaqreb (Yuqoslaviya) 2 1
1987/88 “Srvena Zvezda” (Yuqoslaviya) 23 4
1988/89 “Srvena Zvezda” (Yuqoslaviya) 33 4
1989/90 “Srvena Zvezda” (Yuqoslaviya) 32 5
1990/91 “Srvena Zvezda” (Yuqoslaviya) 29 11
1991/92 “Real” Madrid (İspaniya) 3 1
1992/93 “Real” Madrid (İspaniya) 29 5
1993/94 “Real” Madrid (İspaniya) 23 6
1994/95 “Ovedo” (İspaniya) 30 5
1995/96 “Barselona” (İspaniya) 19 2
1996/97 “Sevilya” (İspaniya) 20 4
1997/98 “Dinamo” Zaqreb (Yuqoslaviya) 16 5
1998/99 “Dinamo” Zaqreb (Yuqoslaviya) 15 4
1999/00 “Dinamo” Zaqreb (Yuqoslaviya) 19 5
2000/01 Hrvatska Draqovolyats (Xorvatiya) 4 1
 İcarə “Standart” (Belçika) 20 4
2001/02 “Portsmunt” (İngiltərə) 33 9
2002/03 “Olimpiya” (Xorvatiya) 23 3
2003/04 “Zaqreb” (Xorvatiya) 26 5
Ümumi 366 48
 


oxunma sayı: 1443 | Paylaş:





?>