')

Bu gün:


FutbolPress.Az | Azərbaycan Premyer Liqasında XII tur bitdi

Azərbaycan Premyer Liqasında XII tur bitdi


oxunma sayı: 1062 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında XII turun oyunları keçiriləcək.

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra bütün görüşlər eyni gündə olacaq.

“Araz-Naxçıvan”ın dağılmasından sonra 9 komandanın mübarizə aparcağı ilk tur “Bakı” - “Qarabağ” matçı ilə başlayıb. I dövrədə gözlənilmədən xal itirən Ağdam klubu “zolaqlılar”dan intiqam almağa çalışıb. Ağdam klubu məqsədinə çatıb. 6 qol vurulan matçdan "atlılar" 2:4 hesablı qələbə ilə ayrılıb.

AZAL paytaxtda “Qəbələ”ni sınağa çəkib. Bol qollu qarşılaşmada komandalar xalları yarı bölüb. Oyun 3:3 hesablı bərabərliklə yekunlaşıb.

Naxçıvan klubunun dağılması sayəsində zirvəyə yüksələn “Neftçi” mövqeyini qorumaq üçün “Simurq”la münasibətlərinə aydınlıq gətirib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsilə bitib - 1:0. Arif Əsədovun yetirmələri bu oyunda məğlub olmaqla, zirvəni yenidən "Qarabağ"a təhvil verib.

Tura mərkəzi oyunla yekun vurulub. Turnir cədvəlindəki qonşular – “İnter”lə “Xəzər Lənkəran” paytaxtda qarşılaşıb. Son 5 turda qələbə üzünə həsrət qalan "bankirlər" bu sindromu qırmağı bacarıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsilə bitib.

“Araz-Naxçıvan”ın dağılması ilə bu tur rəqibsiz qalan  “Sumqayıt” istirahət edib.

Azərbaycan Premyer Liqası. XII tur
20 noyabr (cümə axşamı)


14:00. “Bakı” – “Qarabağ” - 2:4
Qollar: Emegara, 5 (0:1), 15 (1:2), Nuran Qurbanov, 10 (1:1), Risto Ristoviç, 36 (2:2), Reynaldo Silva, 70 (2:3), Leroy Corc, 79 (2:4)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Munis Abdullayev, Teymur Fərhadov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

“Bakı”: 12. Elxan Əhmədov, 19. Eltun Hüseynov, 18. Əziz Quliyev, 5. Georgios Palagios, 6. Vüqar Bəybalayev, 30. Cəmşid Məhərrəmov, 8. Lukas Mario Horvat (k), 7. Nuran Qurbanov, 85. Jaba, 10. Nurlan Novruzov, 22. Risto Ristoviç
Ehtiyat oyunçular: 25. Elməddin Məmmədov, 20. Valeh Seyidov, 11. Tural Qürbətov, 2. Nicat Əsgərov, 17. Elmin Əsgərli, 4. Ülvi Süleymanov, 9. Raul Yaqubzadə
Baş məşqçi: İbrahim Uzunca

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. İnnosent Emeqara, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 41. Leroy Corc, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 17. Vüqar Nadirov, 21. Tural Rzayev, 24. Admir Teli, 77. Cavid Tağıyev
Baş məşqçi: Qurban Qurbanov


16:00. AZAL – “Qəbələ” - 3:3
Qollar: Laşa Kasradze, 23-a.q (0:1), Konseysao Eduardo, 32 (1:1), Viktor İbekoyi, 50 (2:1), Markos Kunya, 70 (2:2), Freddi Mombonqo, 80 (3:2), Cavid Hüseynov, 87-pen (3:3)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Coşqun Həsənov, Fərid Məmmədov
“AZAL Arena” 

AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskars Klava, 22. Eltun Yaqublu, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6. Konseysao Eduardo, 17. Viktor İqbekoyi, 10. Tomi Kostadinov, 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k)
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 21. Novruz Məmmədov, 30. Seymur Əsədov, 7. Təmkin Xəlilzadə, 9. Aydın Qasımov, 18. Orxan Lalayev
Baş məşqçi: Tərlan Əhmədov

“Qəbələ”: 1. Kamran Ağayev (k), 5. Sadiq Quliyev, 8. Vidal Kunya Markus, 10. Dodo, 14. Cavid Hüseynov, 16. Ruslan Tağızadə, 21. Yazalde Pinto, 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 44. Rafael Santos, 88. Müşfiq Teymurov
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 11. Andrei Kristea, 13. Murad Musayev, 39. Salman İbrahimov, 90. Ekiqo Ehiosun, 99. Tellur Mütəllimov, 27. Bəxtiyar Soltanov
Baş məşqçi: Dorinel Muntyanu


17:00. “Simurq” – “Neftçi” - 1:0
Qollar: Draqan Çeran, 18-pen (1:0)  
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Sərxan İsmayılov
Zaqatala şəhər Olimpiya kompleksinin stadionu

Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 8. Patrik Osiako, 11. Draqan Çeran, 13. Əli Gökdemir, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 9. Lukas Tresnak, 15. Stepan Polyak, 16. Məhərrəm Hüseynov , 25. Oruc Balaşlı, 33. Kənan Müslümov
Baş məşqçi: George Çixradze

“Neftçi”: 1. Emil Balayev, 2. Karlos Kardozo, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 90. Erenst Nfor
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 11. Nikolas Kanales, 15. Erik Ramos, 14. Elnur Allahverdiyev, 17. Nicat Qurbanov, 23. Ruslan Qurbanov,95. Elvin Bədəlov
Baş məşqçi: Arif Əsədov


18:00. “İnter” – “Xəzər Lənkəran” - 3:1
Qollar: Franka Nildo, 9 (1:0), Mikel Alvaro, 19 (2:0), 74 (3:0), 
Fernando Qabriel, 90+1 (3:1)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Mahir Məmmədov
“İnter Arena”

“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro. 10. Elvin Məmmədov, 12. c, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 27. Dieqo Madriqal, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 6. Slavco Georgiyevski, 7. Abdulla Abatsiyev, 9. Mirzağa Hüseynpur, 15. Yohan Bokonyano, 30. Abbas Hüseynov, 80. Nizami Hacıyev
Baş məşqçi: Kaxaber Sxadadze

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 7. Sadio Tounkara, 8. Qalin İvanov, 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 33. Rasim Ramaldanov
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 13. Aleksandr Şemonayev, 22. Əfran İsmayılov, 28. Fernando Qabriel, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Deyan Blajevski
Baş məşqçi: Oğuz Çətin


Turnir cədvəli

N Komanda O Q H M T-F Xal
1. Qarabağ 10 6 3 1 18:10 21
2. Neftçi 10 6 2 2 13:6 20
3. İnter 11 4 6 1 20:4 18
4. Simurq   11 4 2 5 13:12 14
5. Xəzər Lənkəran 11 4 2 5 14:14 14
6. Qəbələ 10 3 4 3 13:15 13
7. Sumqayıt 10 3 1 6 11:16 10
8. AZAL 10 2 4 4 10:18 10
9. Bakı 11 2 2 7 9:26 8
10. Araz 0 0 0 0 0:0 0

 Bombardirlər: Mikel Alvaro (“İnter”), Nurlan Novruzov ("Bakı”), Məhəmməd Qurbanov (“Sumqayıt”) - 5 qol. 


oxunma sayı: 1062 | Paylaş:




?>