')

Bu gün:


FutbolPress.Az | Azərbaycan millisi Norveçə məğlub oldu

Azərbaycan millisi Norveçə məğlub oldu


oxunma sayı: 663 Paylaş:

FutbolPressAVRO – 2016-nın seçmə mərhələsində IV tur davam edir.

Azərbaycan milli komandası növbəti matçına çıxıb. Berti Foqtsun istefasından sonra ilk dəfə rəsmi matça komandamızı Mahmud Qurbanov çıxarıb.

H qrupunda qərarlaşan “ay-ulduzlular” evdə Norveç millisini qəbul edib.

“Bakcell Arena”da keçirilən görüşə qonaqlar yaxşı başlayıb. İlk hissənin bitməsinə 5 dəqiqə qalmış Havard Nortveyt Səlahət Ağayevi məyus edib. Fasiləyə məğlub yollanan komanda 2-ci hissədə oyunda dönüş yaratmağı bacarmayıb. Matç 0:1 hesabı ilə Norveç yığmasının xeyrinə tamamlanıb.

Bununla da Azərbaycan millisi seçmə mərhələdə keçirdiyi hər dörd oyunda meydanı xalsız tərk edib.

AVRO - 2016-nın seçmə mərhələsi, IV tur
16 noyabr


21:00. Azərbaycan - Norveç - 0:1
Qol: Havard Nordtveit, 25 (0:1)

Hakimlər: Yevgeni Aranovski, Aleksandr Voytyuk və Semen Şlonçak (Ukrayna)
Bakı. 8-ci km qəsəbə stadionu.


S Komandalar O Q H M T-F Xal
1. Xorvatiya 4 3 1 0 10:1 10
2. İtaliya 4 3 1 0 6:2 10
3. Norveç 4 3 0 1 6:3 9
4. Bolqarıstan 4 1 1 2 4:5 4
5. Malta 4 0 1 3 1:6 1
6. Azərbaycan 4 0 0 4 2:11 0


oxunma sayı: 663 | Paylaş:




?>