Məşhur məşqçi Azərbaycanı çalışdırmaqdan imtina etdi
Paylaş:
Bosniya və Herseqovina millisinin baş məşqçisi Safet Suşiç Azərbaycan yığmasını çalışdırmaqdan imtina edib.
Bosniyalı mütəxəssis AFFA-nın təklifilə razılaşmayıb. Əgər anlaşma əldə olunsaydı, Suşiçin illik məvacibi 3 milyon dollar olacaqdı.
Suşiç daha öncə "Konyaspor", "Ankaraspor" və "Çaykur Rizəspor" kimi komandalarda çalışıb. O, 2009-cu ildən bəri Bosniya yığmasının baş məşqçisidi.
Azərbaycan millisi müvəqqəti olaraq Mahmud Qurbanova tapşırılıb.
| Paylaş: