')

Bu gün:


FutbolPress.Az | Topaz Premyer Liqasında VIII tur bitdi  (YENİLƏNİB)

Topaz Premyer Liqasında VIII tur bitdi (YENİLƏNİB)


oxunma sayı: 1121 Paylaş:

FutbolPressBu gün Topaz Premyer Liqasının VIII turuna start verilib.

İlk oyun gününə iki qarşılaşma keçirilib.

Həftənin açılış matçı Sumqayıtda oynanılıb. Yerli "Sumqayıt" "Neftçi"ni qəbul edib. "Gənclik şəhər" təmsilçisi görüşdə qələbə qazanacağı təqdirdə yenidən birinci pilləyə yüksələcəkdi. Lakin ötən turda "Qarabağ"a 1:3 hesabı ilə uduzan "ağ-qaralar" da bu oyunda 3 xal qazanmaqla turnir cədvəlində daha da irəliləmək niyyətində idi və buna nail olub. Qarşılaşma "ağ-qaralar"ın minimal hesablı qələbəsilə bitib - 0:1.

Tofiq Bəhramov adına Respublika Stadionunda isə turun mərkəzi qarşılaşması keçirilib. "Qarabağ" və "Qəbələ" üz-üzə gəlib. Matç meydan sahiblәrinin 2:0  hesablı qәlәbәsilә bitib. 

İkinci oyun günündə daha iki qarşılaşma keçirilib.

Turnir cədvəlinin autsayderi "Araz Naxçıvan" öz meydanında AZAL-ı qəbul edib. 4 qol vurulan matçda 2:2 hesablı bərabərlik qeydə alınıb. 

Digər görüşdə isə paytaxt “İnter”i doğma meydanda “Simurq”la qarşılaşıb. Matç elə başladığı hesabla da bitib - 0:0.

Premyer Liqada VIII tura bu gün keçirilən "Xəzər Lənkəran" - "Bakı" oyunu ilə yekun vurulub. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsilə bitib. 

 

Topaz Premyer Liqası. VIII tur
19 oktyabr (bazar)

17:00. “Xəzər Lənkəran” – “Bakı” - 4:0
Qollar: Alfred Sanko, 34-pen (1:0), Qalin İvanov, 37 (2:0), Elnur Cәfәrov, 44 (3:0), Rauf Əliyev, 79-pen (4:0) 
Qırmızı vərəqə: Eışad Manafov, 71 ("Bakı"

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Rahil Əhmədov
Lənkəran şəhəri. “Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 12. Cahangir Həsənzadə 3. Vanderson Skarduelli 5. Tyeqo de Xesus 7. Sadio Tounkara 8. Qalin İvanov 10. Elnur Abdullayev 11. Rauf Əliyev   14. Rahid Əmirquliyev (k) 27. Adrian Skarlatake 63. Alfred Sanko 97. Elnur Cəfərov

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı 13. Aleksandr Şemonayev 22. Əfran İsmayılov 28. Fernando Qabriel 33. Rasim Ramaldanov 99. Deyan Blajevski 44. Ruslan Cəfərov
 
“Bakı": 1. Aqil Məmmədov  6. Vüqar Bəybalayev 19. Eltun Hüseynov 5. Georgios Palagios 21. Elşad Manafov 30. Cəmşid Məhərrəmov 8. Lukas Mario Horvat (k)  22. Risto Ristoviç 18. Əziz Quliyev 11. Tural Qürbətov 10. Nurlan Novruzov

Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 7.Nuran Qurbanov, 17.Emin Əsgərli, 20. Valeh Seyidov, 15. Azad Kərimov, 56. Qeyrət Əliyev, 55. Aydın Mustafazadə



18 oktyabr (şənbə)

15:00. “Araz Naxçıvan” – AZAL - 2:2
Qollar: Rəşad Abdullayev, 24-pen (0:1), Janalidze, 44 (1:1), Konseysao Eduardo, 49 (1:2),  Bәxtiyar Soltanov, 63 (2:2)
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Teymur Fərhadov
Naxçıvan Muxtar Respublika stadionu.

“Araz Naxçıvan”: 85. Kamal Bayramov (k), 2. Tural Hümbətov, 4. Emin Cəfərquliyev, 7. Ramal Hüseynov, 8. Elmin Çobanov, 10. Eşqin Quliyev, 13. Aqil Nəbiyev, 17. Bəxtiyar Soltanov, 19. Tərlan Xəlilov, 20. Ruslan Zubkov, 44. Saşa Yunisoğlu

Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 3. Əlimirzə Daşzərini, 5. Cavid Həsənov, 15. Ruslan Nəsirli, 21. David Janalidze, 24. Azər Məmmədov, 91. Kamil Nurəhmədov

AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskars Klava, 22. Eltun Yaqublu, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6.Konseysao Eduardo, 12. Luis Ramos, 11. Con Kordoba, 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k)

Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 7. Təmkin Xəlilzadə, 17. Viktor  İqbekoyi, 10. Tomi Kostadinov, 21. Novruz Məmmədov, 47. Elməddin Hüseynzadə


18:00. “İnter”- “Simurq”  - 0:0

Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, Coşqun Həsənov, Ziya Nəsirov
Bakı. “İnter Arena”.

“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 15. Yohan Bokanyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 80. Nizami Hacıyev, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 4. İvan Benitez, 6. Slavço Georgiyevski, 7. Abdulla Abatsıyev, 10. Elvin Məmmədov, 11. Asif Məmmədov, 12. Nildo Franka Junior

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç

Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 5. Vadim Abdullayev, 9. Lukas Tresnak, 13. Əli Gökdemir, 17. Rüstəm Məmmədov, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov


17 oktyabr (cümə)

16:00. “Sumqayıt” – “Neftçi” - 0:1
Qol: Erenst Nfor, 12 (0:1)
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Feyzulla Feyzullayev
Sumqayıt şəhər stadionu.

“Sumqayıt”: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Ramazan Abbasov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Cəmil Hacıyev, 6. Tagim Novruzov, 10. Tərzin Cahangirov, 11. Kiyan Sultanpur, 77. Təvəkkül Məmmədov, 86. Fərid Quliyev 

“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 14. Elnur Allahverdiyev, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov, 23. Ruslan Qurbanov, 27. Məqsəd İsayev, 90. Erenst Nfor

Ehtiyat oyunçular: 1. Emil Balayev, 3. Denis Silva, 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Nicat Qurbanov, 21. Samir Məsimov, 28. Emin Mehtiyev 


19:30. “Qarabağ” – “Qəbələ” - 2:0
Qollar: Vüqar Nadirov, 45+2 (1:0), Reynaldo, 89-pen (2:0)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev
Tofiq Bəhramov adına Respublika stadionu.

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Leroy Corc, 77. Cavid Tağıyev

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 8. İnnosent Emeqara, 9. Reynaldo Silva, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov, 99. Namiq Ələsgərov


“Qəbələ”: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov, 9. Viktor Mendi, 10. Dodo, 12. Aleksandru Benqa, 14. Cavid Hüseynov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 34. Urfan Abbasov, 44. Rafael Santos

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 8. Vidal Kunya Markus, 11. Andrei Kristea, 5. Sadiq Quliyev, 21. Yazalde de Pinto, 88. Müşfiq Teymurov, 90. Ekiqo Ehiosun
 

Turnir cədvəli

1. İnter 8 4 3 1 20:4 15
2. Qarabağ 7 4 2 1 11:6 14
3. Neftçi 7 4 1 2 6:7 13
4. Sumqayıt 8 4 0 4 10:11 12
5. Xəzər Lənkəran 8 3 2 3 9:6 11
6. Qəbələ 8 3 2 3 7:10 11
7. Simurq 8 3 1 4 9:8 10
8. AZAL 7 2 3 2 7:10 9
9. Bakı 8 2 1 5 6:19 7
10. Araz NAxçıvan 7 1 1 5 7:11 4

Bombardirlər

Mikel Alvaro (“İnter”) - 5 qol
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 4 qol
Baçana Sxadadze ("İnter") - 3 qol
Rəşad Eyyubov ("Simurq") - 3 qol 
Cavid Hüseynov ("Qəbələ") - 3 qol


oxunma sayı: 1121 | Paylaş:




?>