')

Bu gün:


FutbolPress.Az | Serbiya - Albaniya matçında inanılmaz hadisə (FOTOLAR / VİDEO)

Serbiya - Albaniya matçında inanılmaz hadisə (FOTOLAR / VİDEO)


oxunma sayı: 1818 Paylaş:

FutbolPressAVRO - 2016-nın seçmə mərhələsinin III turunda keçirilən Serbiya - Albaniya matçı ilk hissənin sonlarına yaxın yarımçıq dayandırılıb. 

Buna səbəb yerli azarkeşlərin stadiona kənar əşyalar atması və rəqiblər arasındakı dava olub.

Beləliklə, matçın 41-ci dəqiqəsində qonaq azarkeşlər stadiona "Böyük Albaniya" bayrağı bərkidilmiş dron buraxıblar. Uçan əşyaya bərkidilən atribut bütün stadionu dövrə vurub və meydan sahiblərinin müdafiəçisi Stefan Mitroviçin başı üzərində bir müddət havada qalıb. O isə bayrağı götürüb, mühafizə xidmətinə təhvil vermək istəyib. Qonaqların oyunçusu Mergim Marvay isə buna narazılıq edib və rəqibi itələyib. Daha sonra hər iki komandanın oyunçuları və rəsmi şəxsləri arasında əlbəyaxa dava başlayıb. 

Serb azarkeşlər stadionda Albaniya bayrağına od vurub və meydana kənar əşyalar atıblar. 

Bundan sonra baş hakim Martin Atkinson görüşü dayandırmaq qərarını verib, hər iki komanda meydanı tərk edib. 

Bosniyalı jurnalist Saşa İbrulun dediyinə görə, azarkeşlər stadionu tərk etmək istəməyib və mühafizə xidmətinin işçiləri ilə dava ediblər. Onlar hətta "Vladimir Putin" şüarları da səsləndiriblər.






















Euro 2016 Group I qualifying soccer match between Serbia and Albania

Stefan Mitrovic grabs a flag flown by a remotely operated drone

Euro 2016 Group I qualifying soccer match between Serbia and Albania

Euro 2016 Group I qualifying soccer match between Serbia and Albania

Euro 2016 Group I qualifying soccer match between Serbia and Albania

Euro 2016 Group I qualifying soccer match between Serbia and Albania

Serbia and Albania







oxunma sayı: 1818 | Paylaş:




?>