Bu gün:


FutbolPress.Az | Olimpiya Stadionunda işləyən fəhlələr etiraz aksiyası keçirib  (FOTOLAR)

Olimpiya Stadionunda işləyən fəhlələr etiraz aksiyası keçirib (FOTOLAR)


oxunma sayı: 836 Paylaş:

FutbolPressBakı Olimpiya Stadionunda işləyən fəhlələr etiraz aksiyası keçirib. 

Bu barədə məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı özünün "facebook" hesabında paylaşıb.
.
Onun sözlərinə görə, stadionun tikintisində iştirak edən podratçı şirkət "OKR Mühendislik İnşaat Taahhüt Elektrik Enerji Makine Sanayi Ticaret Limited Şirketi" Azərbaycandakı filialı işçilərin maaşını vermir:

"İşçilәr bu gün sәhәr saat 08:00-da sentyabr ayının әmәk haqqının verilmәmәsinә görә işlәrini dayandırıblar. Şirkәt hal-hazırda yeni tikilәn Bakı Olimpiya stadionunda fәaliyyәt göstәrir. Aksiya davam edir. Müdiriyyət isə işçiləri işdən qovmaqla hədələyir".

Fəhlələr də buna etiraz olaraq işi dayandırıb. Aksiya bir neçə saat davam edib. 

"Tekfen" rəhbərliyi (daxili nizam intizam, tikinti təhlükəsizliyi bu şirkətə aiddir. Ümumiyyətlə stadion tikintisində ARDNŞ,"Tekfen", "Heerim" şirkətləri iştirak edir.) fəhlələrin  nümayəndəsi ilə ayrıca otaqda görüşmək istəyib, amma işçilər razı olmayıb. Daha sonra rəhbərlik söz verib ki, əmək haqları sabah ödəniləcək. 

Buna baxmayaraq, işçilər maaşlar ödənilədək işə çıxmayacaqlarını bəyan ediblər. 

Təşkilat rəhbəri qeyd edib ki, AƏM-nin 172-ci maddəsinin 5-ci maddəsinə görə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1% məbləğində ödənc verilməlidir.







oxunma sayı: 836 | Paylaş: