')

Bu gün:


FutbolPress.Az | İtaliya - Azərbaycan matçı tarixi stadionda (FAKTLAR)

İtaliya - Azərbaycan matçı tarixi stadionda (FAKTLAR)


oxunma sayı: 1397 Paylaş:

FutbolPressSabah Azərbaycan millisi AVRO-2016-nın seçmə mərhələsində səfərdə İtaliyanın qonağı olacaq. 

Matç Palermo şəhərində yerləşən "Renso Barbera" stadionunda keçiriləcək. 

Tam adı: "Renso Barbera"
Ölkə: İtaliya
Şəhər: Palermo
Azarkeş tutumu: 37.619
Ünvan: Viale del Fante, 11 901 46
Telefon: +39 091 690 1211
Açılış tarixi: 4 fevral, 1932
Ot örtüyü: Təbii



Bu stadion bölgənin ən böyük arenalarından biridir. "Palermo" ev oyunlarını məhz "Renso Barbera"da keçirir. Stadion faşist rejimi dövründə - 1932-ci ildə açılıb və "Littorio" adlandırılıb. Arenada ilk matç da həmin ilin yanvarın 24-də keçirilib. "Palermo" "Atalanta"nı darmadağın edib - 5:1.

renzo barbera

1936-cı ildə isə stadion İspaniyadakı vətəndaş müharibəsində həlak olan faşist generalı Mikel Mirronun şərəfinə eyni cür adlandırılıb. 1948-ci ildə, faşist rejiminin süqutundan sonra stadion yerləşdiyi ərazinin adına uyğun "La Favorita" adlanıb. Həmin ildə isə arena rekonstruksiya olunub və tutumu 30 minə çatdırılıb. 


1984-cü ildə isə stadion 50 min azarkeş tutumuna malik olub. Həmin dönəmdə isə arena cəmi iki - "Palermo"nun "Messina"ya və "Yuventus"a qarşı oyunlarda ta dolub. 1990-cı il dünya çempionatından əvvəl isə arena yenidən təmir olunub və azarkeş tutumu 37619-a qədər azaldılıb. Təmir zamanı isə stadionda uçqun baş verib və 5 nəfər həlak olub. 

palermo renza barbera

2002-ci ildə isə arenanın adı yenidən dəyişilərək 70-ci illərdə "Palermo"nun əfsanəvi prezidentinin şərəfinə "Renso Barbera" adlandırılıb.Klubun hazırkı prezidenti Maurisio Zamparini isə stadionu yeni tikiləcək müasir arenaya köçürtmək istəyir.

palermo палермо стадион










oxunma sayı: 1397 | Paylaş:




?>