')

Bu gün:


FutbolPress.Az | Ronaldo son 60 ildə heç kimin bacarmadığını etdi

Ronaldo son 60 ildə heç kimin bacarmadığını etdi


oxunma sayı: 1093 Paylaş:

FutbolPress"Real" Madridin hücumçusu Kriştiano Ronaldo La Liqa tarixində 60 illik rekordu yeniləyib. 

V turda "Vilyareal"a matçda fərqlənən 29 yaşlı portuqaliyalı cari mövsümdə ölkə çempionatında vurduğu qolların sayını 10-a yüksəldib. Bununla da o, 60 ildən sonra 5 oyuna 10 qol vuran ilk futbolçu olub.

Bundan əvvəl 1953-cü ildə Ladislav Kubala və 1954-cü ildə Manuel Fernandes (Paunyo) bu uğuru təkrarlayıb. Ancaq hər iki futbolçu cari mövsümü bombardir kimi tamamlaya bilməyib.


oxunma sayı: 1093 | Paylaş:




?>