')

Bu gün:


FutbolPress.Az | Madriddə "Azərbaycan" nə deməkdi? (VİDEO)

Madriddə "Azərbaycan" nə deməkdi? (VİDEO)


oxunma sayı: 1776 Paylaş:

FutbolPressArtıq ikinci mövsümdü ki, Madrid "Atletiko"su Azərbaycanı reklam edir.
 
"Land of fire Azerbaijan" ("Azərbaycan Odlar Yurdu") yazısı komandanın formalarını, klubun ev oyunlarını keçirdiyi "Visente Kalderon" stadionunun içindəki reklam lövhələrini bəzəyir. 
 
Məhz bu yazı ilə "Atletiko" İspaniya çempionu oldu, UEFA Çempionlar Liqasında isə finala yüksəldi.
 
Azərbaycanda bu məsələyə ikili münasibət var. Bununla qürur duyanlar az deyil. Əgər bu vaxta qədər ölkədə İspaniyanın iki klubunun - "Barselona" və "Real"ın azarkeşləri vardısa, artıq "Atletiko" azarkeşləri də peyda olub. Onlar bu komandaya, Azərbaycan yazısı ilə oynadıqları üçün simpatiya bəslədiklərini də gizlətmirlər.
 
Eyni zamanda, böyük pulların bu reklam aksiyasına xərclənməsini tənqid edənlər də kifayət qədərdi. Bəzi məlumatlarda bu məbləğin mövsüm üçün 12-16 milyon avro arasında olduğu bildirilir. Bəs görəsən bu xərclənən pul, edilən reklam effektli alınırmı? Yəni bu gün Madriddə Azərbaycanı tanıyırlarmı?
 
İspaniya paytaxtının sakinləri "Azərbaycan sözü sizə nə deyir? Azərbaycan haqqında nə bilirsiz?" sualına cavab veriblər.


oxunma sayı: 1776 | Paylaş:




?>