')

Bu gün:


FutbolPress.Az | Lempardın "Çelsi"yə qolundan sonra futbolçu və azarkeş öldü

Lempardın "Çelsi"yə qolundan sonra futbolçu və azarkeş öldü


oxunma sayı: 736 Paylaş:

FutbolPressİngiltərə Premyer Liqasının V turunda keçirilən "Mançester Siti" - "Çelsi" matçında (1:1) "zadəganların sabiq futbolçusu öz komandasına qol vurandan sonra Uqandada xoşagəlməz hal yaşanıb. 

Belə ki, Frenk Lempardın qolundan sonra "Simba" klubunun uqandalı peşəkar futbolçusu və "Çelsi"nin qatı azarkeşi Faxad Musana dünyasını dəyişib. 24 yaşlı azarkeş indi "şəhərlilər"in şərəfini qoruyan xavbek hesabı bərabərləşdirəndən sonra huşunu itirib. Onu təcili xəstəxanaya çadırsalar da, həyatını xilas etmək mümkün olmayıb. 

Əvvəlcə Musana öz komandası ilə məşqdən sonra dostları ilə oyuna baxıb və yoldaşlarının sözlərinə görə o, sağlamlığından şikayət etməyib. 

Frenk Lempard 2001-14-cü illərdə "Çelsi"də oynayıb. 


oxunma sayı: 736 | Paylaş:




?>