')

Bu gün:


FutbolPress.Az | "İnter" üç xalı 3 qolla qazandı  (MƏTN)

"İnter" üç xalı 3 qolla qazandı (MƏTN)


oxunma sayı: 1196 Paylaş:

Topaz Premyer Liqası, V tur

17:30. "Araz Naxçıvan" - "İnter" - 1:3 

Qollar: Baçana Sxadadze, 47 (0:1), Coşqun Diniyev, 61 (0:2), Ruslan Zubkov, 81 (1:2), Asif Məmmədov, 85 (1:3)

Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov

Naxçıvan MR stadionu


17:20. Oyun başa çatdı. 

90`+3 "İnter"in oyunçusu Meza Kollinin zərbəsi qapıdan yan keçdi

90` Hakim ikinci hissəyə 3 dəqiqə əlavə etdi.

85` QOOOOOOOOOOOOOOOOL. "İnter" hesab arasındakı fərqi artırır. Junior Nildonun ötürməsini Asif məmmədov qapıdan keçirtdi. 

83` "İnter"in heyətində dəyişiklik: Baçana Sxadadzenin yerinə meydana Asif Məmmədov daxil oldu.

82` "İnter"dən Meza Kollinin zərbəsi zamanı top qapının üztündən keçdi. 

81` QOOOOOOOOOOOOOOOOL. "Araz Naxçıvan" hesabdakı fərqi azaldır. Ruslan Zubkov mükəmməl cərimə zərbəsindən topu qapıdan keçirir. 

80` "Araz Naxçıvan" 20 metr məsafədən cərimə zərbəsi vurur.

77` "Araz NAxçıvan"ın künc zərbəsi zamanı Ruslan Zubkovun zərbəsi dəqiq olmur, top qapının üstündən keçir. 


73` "İnter"in heyətində dəyişiklik: Nizami Hacıyevin yerinə Elvin Məmmədov meydana daxil oldu.. 

66` "Araz Naxçıvan"ın küncdən zərbəsi zamanı "İnter"in müdafiəçiləri topu uzaqlaşdırdı.

63` "Araz NAxçıvan"ın oyunçusu Ruslan Zubkovun zərbəsi zamanı top qapıdan aralı keçdi.

61` "Araz Naxçıvan"da Aqil Nəbiyevin yerinə Elnur Abdulov meydançaya daxil oldu.

61` QOOOOOOOOOOOOOL - "Araz Naxçıvan" 0:2 "İnter". Topu rəqib qapısından Coşqun Diniyev keçirtdi.

60` "Araz Naxçıvan"ın oyunçusu Nizami Hacıyev təkbətə epizodda şansı boşa verdi.

57` "Araz Naxçıvan" küncə zərbəsi qazanır, "İnter"in qapıçısı Səlahət Ağayev topu tutdu.

56` "İnter"in ehtiyyat oyunçular skamyasında əyləşən oyunçusu Georqe Lomayaya hakimin qərarına etiraz etdiyi üçün sarı vərəqə göstərildi.

55` "İnter"in oyunçusu Meza Kolli rəqibin futbolçusu Azər Məmmədvo qarşı kobudluğa görə sarı vərəqə ilə cəzalandı.

52` David Janalidze qapımı ilə üzbəüz epizodda topa dəqiq zərbə endirə bilmədir.

50` "Araz Naxçıvan"ın oyunçusu David Janalidzenin cərimə zərbəsi zamanı top qapının üstündən keçdi.

48` "Araz Naxçıvan"da Elgiz Kərimlinin yerinə Azər Məmmədov meydana daxil oldu.

47` QOOOOOOOOOOOOOL - "Araz Nazxçıvan" 0 :1 "İnter". Baçana Saxadadze topu qapıdan keçirtdi.

46` "İnter" künc bayrağına yaxın məsafədən cərimə zərbəsi qazanır.

17:33. "Araz Naxçıvan" - "İnter" matçında II hissə başladı.

45`+1` İlk hissə başa çatır - 0:0

45` Hakim Elvin Əsgərov ilk hissəyə 1 dəqiqə əlavə edir.

35` Matçda ilk əvəzləmə: "Araz Naxçıvan"ın heyətində Ramal Hüseynovun yerinə Qərib İbrahimov meydana daxil olur.

33` "İnter" künc zərbəsi qazanır. Ötürmə zamanı isə Nizami Hacıyevin başla zərbəsi dəqiq olmur. 

32` "İnter"dən Meza Kollinin uzadqan zərbəsi zamanı top qapıdan yan keçir.

28` "İnter"in oyunçusu Başaça Tsxadadzenin ötürməsini Nizami Hacıyev saxlamadan qapıya vurur, Kamal Bayramov isə ustalıqla zərbəni dəf edir.

26`  Mançda ilk oyundankənar vəziyyətə "Araz Naxçıvan"ın futbolçusu Eşqin Quliyev düşdür.

23`  Hakim Elvin Əsgərov komandalara su fasiləsi verir.

22`  "İnter"dən Nizami Hacıyevin qapı önünə asmasını Araz"ın qapıçısı Kamal Bayramov çətinlik çəkmədən dəf edir.

19`  "Araz Naxçıvan" cərimə zərbəsi qazanır. Zərbə zamanı top qapıdan yan keçir.

16`  "Araz Naxçıvan" təhlükəli mövqedən cərimə zərbəsi qazanır, amma Eşqin Quliyevin zərbəsi dəqiq olmur.

14`  "İnter" künc zərbəsi qazanır. Laşa Salokvadzenin başla zərbəsindən sonra top qapının üstündən keçir.

11`  Baçana Tsxadadze qapıçı ilə təkbətək epozidda qol şansını qaçırtdı.

1`  Oyuna Elvin Əsgərovun fiti ilə mərkəzdən "Araz Naxçıvan" oyunçuları başlayır. 

17:16. Komandaların start heyətləri açıqlanı


oxunma sayı: 1196 | Paylaş:




?>