')

Bu gün:


FutbolPress.Az | Azarkeşlər "Qarabağ"ın oyununa buraxılmadı (FOTOLAR)

Azarkeşlər "Qarabağ"ın oyununa buraxılmadı (FOTOLAR)


oxunma sayı: 1534 Paylaş:

FutbolPressDünən AL-in pley-off mərəhələsinin ilk matçında "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda Hollandiya "Tvente"sini qəbul etdi. 

Oyunu izləmək üçün mərkəzi arenaya gələn azarkeşlər xoşagəlməz hadisə ilə üzləşib. 

Belə ki, oyun başlanmamışdan 10 dəqiqə əvvəl sektorlara giriş qapıları bağlanıb. Bileti olan azarkeşlər stadiona girə bilməyib. Toplam 200-dən çox azarkeş bu problemlə üzləşib. Oyun başlayandan 15 dəqiqə sonra yalnız 12 nömrəli sektorun qapıları açılıb. Amma yenə izləyicilər oyunu yarım saat ayaqüstə izləməli olublar. Hətta oyunun ikinci yarısında belə əlində bilet çöldə qalanlar olub.

"Qarabağ" - "Tvente matçı 0:0 hesabı ilə yekunlaşıb. 







oxunma sayı: 1534 | Paylaş:




?>