')

Bu gün:


FutbolPress.Az | "Liverpul" və "Mançester Siti" qələbə ilə başladı (YENİLƏNİB)

"Liverpul" və "Mançester Siti" qələbə ilə başladı (YENİLƏNİB)


oxunma sayı: 983 Paylaş:

FutbolPress

Dünən İngiltərə Premyer Liqasının 2014/15 mövsümünə start verilib. Turun ilk günündə 7 matç baş tutub. 

Mövsümün açılış oyunu Mançesterdə keçirilib. Lui Van Qalın çalışdırdığı "Qırmızı şeytanlar" "Suonsi Siti" ilə qarşılaşıb. Hollandiyalının debütü uğursuz alınıb. "Old Traford"da meydan sahibləri məğlub olub. 

Digər oyunlarda “Arsenal” öz meydanında “Kristal Pelas”üzərində əzmkar qələbə qazanıb. “Hall Siti” səfərdə KPR-i, “Tottenhem” isə son dəqiqədə vurduğu qolla “Vest Hemi” məğlub edib.

I turun digər iki oyunu bu gün keçirilib. "Liverpul" doğma meydanda "Sauthemton"u, ötən mövsümün çepionu "Mançester Siti" isə səfərdə Nyukasl"ı məğlub edib.

Bazar ertəsi "Börnli" - "Çelsi" matçı ilə həftəyə yekun vurulacaq.

16 avqust
 
16:45. "Mançester Yunayted" - "Suonsi Siti" - 1:2
Qollar: Ki Song-Yonq, 28 (0:1), Runi, 53 (1:1), Siqurdson, 72 (1:2)
 
19:00. "Leyçester Siti" - "Everton" - 2:2
Qollar: Makdigi, 20 (0:1), Ulloa, 22 (1:1), Neysmit, 45 (1:2), Vuud, 86 (2:2)
 
19:00. "Kvins Park Reyncers" - "Hall Siti"- 0:1
Qol: Çester, 52 (0:1)
 
19:00. "Stok Siti" - "Aston Villa" - 0:1
Qol: Veymann, 50 (0:1)
 
19:00. "Vest Bromviç" - "Sanderlend" -  2:2
Qollar: Kattermoul, 5 (0:1), Berauno, 42-pen (1:1), 74 (2:1), Larrson, 85 (2:2)
 
19:00. "Vest Hem" - "Tottenhem" - 0:1
Qol: Erik Dayer, 90+2 (0:1)
 
21:30. "Arsenal" - "Kristal Pelas" - 2:1
Qollar: Hanqeland, 35 (0:1), Koselni, 45 (1:1), Remzi, 90+2 (2:1)

 
17 avqust

20:00. "Nyukasl" - "Mançester Siti"
Qollar: David Silva, 39 (0:1), Serxio Agüero, 90 (0:2)

 
17:30. "Liverpul" - "Sauthempton" - 2:1
Qollar: Sterlinq, 23 (1:0), Klayn, 56 (1:1), Starric, 79 (2:1)


18 avqust
 
00:00. "Börnli" - "Çelsi"


oxunma sayı: 983 | Paylaş:




?>