')

Bu gün:


FutbolPress.Az | "Xəzər Lənkəran" - "Arsenal"ı məğlub etdi  (YENİLƏNİB)

"Xəzər Lənkəran" - "Arsenal"ı məğlub etdi (YENİLƏNİB)


oxunma sayı: 1268 Paylaş:

FutbolPressYeni mövsüm hazırlıqlarını Sloveniyada davam etdirən "Xəzər Lənkəran" son yoxlama oyununa çıxıb. "Cənublular"ın bu dəfəki rəqibi Rusiya təmsilçisi "Arsenal" olub. 

Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu vaxt və məkanda baş tutmayıb. "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin oyunun Bakovise stadionuna baş tutmasını istəməyib. Buna səbəb kimi arenanın ot örtüyünün bərbad vəziyyətdə olması göstərilir. Buna görə oyunu Renkovçi stadionunda keçirtmək qərara alınıb. Oyun Bakı vaxtı il 21:30-da start götürüb.


Rusiya millisinin sabiq oyunçusu Dmitri Aleniçevin başçılıq etdiyi Tula komandası bu il Premyer Liqaya vəsiqə qazanıb. “Arsenal”ın heyətindəki yeganə legioner 31 yaşlı çernoqoriyalı Mladen Kaşçelandır. Komandanın qapısını isə Moskva “Spartak”ı və Kiyev “Dinamo”sundakı çıxışları ilə tanınan Aleksandr Filimonov qoruyur. 41 yaşlı çərçivə qoruyucusu 2011-ci ildə çimərlik futbolunda Rusiya yığmasının heyətində dünya çempionu, elə həmin il Moskvanın “Lokomotiv” klubu ilə  Avropa Liqasının qalibi olub. O, hazırda “Arsenal”da oynayan məşqçidir.


Dünənki oyundan sonra “Arsenal” ilk matçını Premyer Liqada avqustun 2-də “Zenit”ə qarşı keçirəcək. "Xəzər Lənkəran" isə toplantını başa vurub Bakıya dönəcək. 


Gərgin keçən qarşılaşmada hesabı "Arsenal" futbolçuları açıb. Lakin ilk yarıda buraxılan qoldan dərhal sonra “Xəzər Lənkəran” hesabda tarazlıq yarada bilib. Fasilədən sonra qarşılıqlı hücumlar şəraitində keçən oyunda daha bir qol vurulub. Matçın taleyini Etame Mbillla həll edib.


 

21:30 - “Xəzər Lənkəran” – “Arsenal” - 2:1

Qollar:
  Ramazanov 32, Mbilla 78 - İvanov 33
Stadion: "Renkovçi"

 

"Xəzər Lənkəran": Orxan Sadıqlı, Rahid Əmirquliyev, Tyeqo Xesus, Adrian Skarlatake, Vanderson Skarduelli, Elnur Abdullayev, Alfred Sanku, Rəşad Sadiqov, Deyan Blajevski, Qalin İvanov, Franko Nildo

Baş məşqçi: Oğuz Çətin

"Arsenal": Filimonov, Yerşov, Lepskiy, Osipov, Rıjkov; Kaleşin, Kascelan, İqnatyev, Kuznetsov, Bazanov, Vasilyev; Maloyan

Baş məşqçi: Dmitri Aleniçev 




oxunma sayı: 1268 | Paylaş:




?>