')

Bu gün:


FutbolPress.Az | Ramin Musayevin müsahibəsində.. cavablarına suallarımız (YAZI)

Ramin Musayevin müsahibəsində.. cavablarına suallarımız (YAZI)


oxunma sayı: 744 Paylaş:

FutbolPressPeşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev axır dönəmlər mediada lap az görünür. Danışmağın gümüş olması təqdirdə susmağı qızıl hesab eləyən sözbaz atalarımızın məntiqinə əsaslansaq, Musayevin görünməzliyi onu tənqid hədəfindən xeyli yayındırmışdı.

Dünən futbol11.az saytında çıxan müsahibəsində qurum başçısı elə suallara elə cavab verib ki... Nəzərdən keçirək:

Müsahibə “Araz Naxçıvan”ın ı Divizionda çempion olmasının xatırlanmasıyla başlayır və soruşulur ki, Premyer Liqaya çıxmasında problem olmaz ki... Yəqin bunun soruşulmasına səbəb son illər diviziondan elitaya komandanın çıxmasında yaranan müxtəlif əngəllərin olması nəzərə alınıb. Siz Musayevin cavabındakı naməlumluq kompleksinə baxın (cavablarını redaktəsiz yerləşdiririk):

“...Əgər çempionat başlayana qədər fikirlərini dəyişməsələr və ya sponsor problem olmasa, düşünürəm ki, onlar premier liqaya vəsiqə qazanıblar. Layiqli qələbə qazandılar, layiqli çempion oldular və inşallah inanırıq ki, Pyemyer Liqada özlərini göstərəcəklər”.

Musayevin cavabına sual yaranır: Premyer Liqaya hazır olub-olmamaq məsələsi (lisenziya və s. detallar) əvvəldən məlum olmurmu?

Sonrakı sualda növbəti mövsüm Premyer Liqada komanda sayı barədə soruşulur və cavab yenə dəlmə-deşiklərlə doludur:

“Bu gün üçün 10 komanda nəzərdə tutulub. Ancaq gələcəyə sponsor tapılarsa, lap 16 olmasına da, razıyıq. Şübhəsiz ki, qərar 10 komanda üçün verilib. Təki sponsor olsun, lap 14, 20 komanda da olar. Biz razı olarıq”.

12 komanda adı çəkilmişdi İcraiyyə Komitəsinin son toplantısında və bunu AFFA prezidenti Rövnəq Abdullayev açıqlamışdı. Sonra özünü təkzib elədi. Musayev də bu vəziyyətdə başqa söz tapmayıb, sözləri “şabaş” əvəzi atır ətrafa. Sual yaranır: “Təki sponsor olsun...” deyəndə eyhamı hansı quruma, hara, kimə vurursuz? Bu məsələlərdə əslində PFL-in məsuliyyətli olmalı olduğunu bilmirsizmi?

İşıqlar kəsiləndə işıqçının “doğrudan da işıqlar kəsilib, ciddi problemdir” deməyi kimi bir şeydir...

- Bir də, Azərbaycan çempionatında cəza məsələsi var. Misal üçün, “Bakı”nın futbolçusu Etto Rəhim Həsənova kəllə atdı, 10 oyunluq cəzalandırıldı. Bu adam sabah əvəzedici heyətdə və ya kubokda oynaya bilər. Yəni, olmaz ki, cəzalar Azərbaycanda keçirilən bütün yarışlara şamil olunsun?
- Bir söz deyim. Sözsüz ki, sizin sözünüzdə də həqiqət var. Amma, digər tərəfdən baxaq. Futbolçunu əvəzedici heyətə niyə göndərirlər? Cəzalandırmaq üçün. Deməli, o oyunçu üçün hardasa təhqir sayılır. Bu da bir cəzadır. Həm 10 oyun Premyer liqada oynamır, həm də 10 oyun cəzalanır gedir əvəzedici heyətə.


Yanlış yanaşmadır (Hələ təhqir sözünün yersizliyini demirik). Analogiya aparanda Avropanın inkişaf eləmiş ölkələrini gətirirsiz misal kimi. Xəbəriniz yoxdurmu, İngiltərədən tutmuş, Daminarkaya qədər - inkişaflı ölkələrdə futbolçu cəzalananda, bu, çempionatı keçirən qurumun bayrağı altındakı bütün yarışlara şamil edilir. Cəzanın adı cəzadı, rəngini, formasını klub özü müəyyənəşdirər. Məsələn, Ettonun əvəzedici heyətə göndərilməsi kluba aid cəza vasitəsidi, sizə yox. Bilmirsiz? – Əgər sizin dediyiniz kimidirsə, reqlament standartlara uyğun deyil. Ona görə İntizam Komitəsindən tez-tez əndirabadi qərarlar çıxır, gülməli vəziyyət yaranır...

Və növbəti mövsüm üçün teleyayım  barədə soruşulur, bu sual da konkret cavaba həsrət qalır:

“Bu gün bu sualı cavablandırmağa hazır deyiləm. Planlarımız var. Amma, açıqlamaq istəmirəm. İnşallah alınar və görərsiniz”

Teleyayım elə məsələdir ki, bu mövsüm başa çatmamış növbəti mövsümünkü artıq danışılır və razılaşdırılır, qalan vaxt isə texniki məsələlərin həllinə sərf edilir. Musayev isə “İnşallah...” deyib, bitirir. Həzərat, biz məscid axundu, cümə mərasimləri və s. tədbirlərçün nəzərdə tutulan qurumdan gözləyirik belə cavabları. OK, “İnşallah” təyinatı bütün hadisələrə aid edilə bilər, insanlar bu istəkdə sərbəstdir və s. və i. a. Ancaq konkret dəlil, detal, arqumentlər səsləndiriləndən sonra “İnşallah”ını da üstünə əlavə eləyəndə bu olur İŞ, NUŞ və s. yaxşı şey.

Musayev, hazır olmadan müsahibə verməməyiniz daha yaxşıdır. Hazırlıqları bitirin, cavablarınız olsun, sonra...

Elçin CƏLİLOV


oxunma sayı: 744 | Paylaş:




?>