')

Bu gün:


FutbolPress.Az | “Neftçi” barəsində tezbazar : ...onda "Böyükağanı çağırarsız.."  (YAZI)

“Neftçi” barəsində tezbazar: ...onda "Böyükağanı çağırarsız.." (YAZI)


oxunma sayı: 559 Paylaş:

FutbolPress3 il dalbadal çempion olan “Neftçi” üçün bu mövsüm yaxşı getmir. Çempionatda mövqeyini əldən verə-verə gedən “ağ-qaralar”ın ümidi yalnız ölkə kubokunadı.

½-dəki rəqibsə “Rəvan”dı. Qəribədi...

Nəyi qəribədi? Niyə qəribə olur? Futbol elə qəribəliklər oyunudur...

Qəribə odur ki, “Rəvan” yarımfinalın ilk oyununda 1:1 eləməklə  təəccübləndirib. Autsayderlər cavab matçında daha istəkli, atəşli, yanğılı çıxacaqlar və mümkündü ki...

Əgər “Neftçi” mərhələni əldən versə, onda, gərək,  “...çağır, gəlsin Böyükağa...”

                                        ***      ***      ***

Sadıq Sadıqovun rəhbərliyi ilə qazanılan uğurların nüfuzu, önəmi, dadı, sanı uçub gedəcək. Cavidlərimiz, arazlarımız, elşənlərimiz – miz.. miz.. mızz cızz... Köklü, əsaslı, sabit, akademik, səmimi, şəffaf, islahatcıl, məhsuldar qoyulmayan işin bünövrəsi köpüklü nitqlə "doldurulmağa" məhkumdur...

ARDNŞ-dən ayrılan pulların Azərbaycan futboluna “Neftçi” adı altında verdiyi faydaları və ya əksini üzə çıxarmaq üçün işin içini qurdalamaq, eşələmək dəbə minəcək.

“Ağ-qara” günlər başlayacaq... Sadıqovun qalxan reytinqi, formalaşdırılan incə nüfuzunun zədələnməsi üçün "münbit şərait" yaranacaq...

Oyunqabağı neqativlər toplusu yazmaqda pis  məqsədi güdməməyimiz aydın olmalıdır sizə; məqsəd klubu oyatmaqdır...

Elçin CƏLİLOV



oxunma sayı: 559 | Paylaş:




?>