')

Bu gün:


FutbolPress.Az | Həbs edilən azarkeşin anası : “Bəli, ordan mənə zəng edilib”

Həbs edilən azarkeşin anası: “Bəli, ordan mənə zəng edilib”


oxunma sayı: 668 Paylaş:

FutbolPressKeçən ilin 25 avqustunda Lənkərandakı “Xəzər Lənkəran” – “Neftçi” matçında azarkeşlər arasında yaşanan gərginlikdə 7 nəfər həbs olunmuşdu. Fevralın 12-də onlara hökm oxundu;  3-ü sərbəst buraxıldı, 4-nə cəza kəsildi.

Aprelin 24-də Şirvan Apellyasiya Məhkəməsində  onlardan 3-ü, Elman Tağıyev (Eliko), Rafael Ələkbərov, Elçin Abdullayevin apellyasiya şikayətinə baxılacaq.

Bu, Azərbaycan futbolunda ilk belə hadisədir. “Xəzər Lənkəran” rəhbərliyinin 3 il həbs   hökmü oxunan azarkeşlərin valideyinləriylə görüş keçirdiyi, onlara kömək ediləcəyi haqda xəbərlər yayılmışdı. Xatırladaq ki, bir müddət əvvəl də belə xəbərlər çıxmışdı və sonradan məlum olmuşdu ki, həqiqəti əks etdirmir. Ona görə də məsələni araşdırmaq qərarına gəldik.

Kürdəxanı İstintaq Təcridxanasında saxlanan azarkeşlərdən biri, Elman Tağıyevin anası Emilya Şərifova ilə əlaqə saxlaya bildik. Emilya xanım "FutbolPress"ə açıqlamasında  bildirdi ki, klubdan onları axtarmaları və kömək etmək təklifi haqda deyilənlər doğrudur: “Bəli, ordan mənə zəng edilib. Klubun vitse-prezidenti Tuyqun Nadirovun köməkçisi kimi özünü təqdim eləyən şəxs demişdi ki, həbs olunan uşaqların valideyinləriylə görüşmək istəyirlər. Mən gedə bilmədim, qardaşımı göndərdim. Orda müəyyən söhbətlər olub. Klub rəhbərliyi valideyinlərə öz köməyini təklif eləyib və apellyasiya prosesiylə yaxından maraqlanacaqlarını bildirib. Rəhbərliyə buna görə təşəkkür edirəm. Mən müxtəlif instansiyalara da müraciət eləmişəm, məktublar yazmışam, inanıram ki, hədd-buluğa çatmamış oğlumun apellyasiyadan sonra azadlığa buraxılacağı xəbərini eşidəcəm. Çünki  ona həbsə düşəcək tərbiyə verməmişdim, atasız böyüsə də, intizamlı övlad olub, üstəlik, bir əli şikəsdir, o, iğtişaş yarada biləcək uşaq deyil. Mən çox narahatam və bir ana kimi bu işdə yardım edə biləcək şəxslərdən xahiş edirəm, kömək göstərsinlər”.


oxunma sayı: 668 | Paylaş:




?>