')

Bu gün:


FutbolPress.Az | Zaur Əzizov İK-nın qərarından və Syomin məsələsindən ətraflı danışdı

Zaur Əzizov İK-nın qərarından və Syomin məsələsindən ətraflı danışdı


oxunma sayı: 1301 Paylaş:

FutbolPressÖlkə kubokunun yarımfinalının ilk qarşılaşmasında “Xəzər Lənkəran”ı qəbul eləyən “Qəbələ” böyükhesablı qələbəyə sevinsə də, heyətin əsas oyunçularından olan Elnur Allahverdiyevə verilən cəzaya görə çarnaçar düşüb.

AFFA İntizam Komitəsi müdafiəçiyə baş hakimi (Rəhim Həsənov) tribunadan söydüyünü əsas gətirərək bu hərəkətinə  5 oyun və  10 min manat cərimə kəsib. Anlaşılmazlıq yaradan isə  cəzanın kubok matçlarına yox, Premyer Liqaya şamil edilməsidir.

Klubun baş meneceri Zaur Əzizov “FutbolPress”ə açıqlamasında məsələ haqda klubun fikrini  açıqladı və əsas məqamlara aydınlıq gətirdi: “Təbii ki, Elnur doğru eləməyib və klub olaraq hərəkətinə  görə oyundan sonra ona  müvafiq cəza kəsilmişdi. Yəni futbolçu davranış kodeksini pozmasına görə hələ İntizam Komitəsinin qərarından əvvəl daxili qaydalarla cəzalandırılmışdı. Ancaq komitənin cəzasının Premyer Liqa oyunlarına tətbiq edilməsinin hansısa əsası yoxdur və biz buna görə apellyasiya şikayəti vermişik. Futbolçu mahiyyətcə tribunadan bir azarkeş,  vətəndaş kimi etmiş sayılır bu hərəkəti; nə texniki zonada, nə soyunub-geyinmə otağı həndəvərində eləməyib. Bu amilləri də nəzərə alaraq ümumilikdə qərarın əsaslı olmadığını düşünürük, şikayətimiz də məhz buna görədir və komitə bu haqda məlumatlandırılıb.

Arqument kimi Elnurun kubokda cəzalı olması, məhz buna görə cəzanın Premyer Liqaya şamil edilməsi göstərilir. Bu da əsassız yanaşmadır. Belədə sual yaranır: əgər kubokda cəzası olmasaydı, bu qərar hansına aid edilərdi”.

Komanda çempionatdan Avropa Liqasına vəsiqəni böyük ölçüdə əldən verdiyinə görə kubok şansına göz dikib və finala çıxmağa yaxşı şansı var. Belədə baş məşqçi Yuri Syominin mövsüm sonunda bitəcək müqaviləsinin uzadılması, yaxud əksi haqda fikirlər gündəmə gəlib. Əzizovla bu mövzunu da müzakirə elədik: “Yuri Syomin, təbii ki, nəticə verməkçün gətirilmişdi və bunu özü də açıqlamalarında bildirmişdi. İkinci dövrənin əvvəlində və uğursuzluq zolağı ərəfəsində - iki dəfə onunla bu barədə söhbət olub. Müqavilənin yenilənməsi mövzusu da müqakirə edilənlər arasındadır. Hər iki söhbətdə mövsümün sonunu gözləmək qərara alınıb. Çünki vəziyyət elədir ki, yekun  nəticələr sona yaxın müzakirə olunacaq və qazanılanlara əsaslanıb konkret nəsə fikirləşmək olar.

Syominin qalmasını  klubumuzun vitse-prezidenti Fariz müəllim (Fariz Nəcəfov – red.) istəyir və bu barədə fikrini ona çatdırıb. Ancaq indiki məqamda müqavilə mövzusunda hələ  konkret hansısa danışıqlar getmir”.


oxunma sayı: 1301 | Paylaş:





?>