')

Bu gün:


FutbolPress.Az | Qurbanovun çempionluqdan daha çox düşündüyü ...

Qurbanovun çempionluqdan daha çox düşündüyü ...


oxunma sayı: 236 Paylaş:

FutbolPressPremyer Liqanın bitməsinə 6 tur qalıb. Sonluğa dair bir çox şey demək olar ki, müəyyənləşib. Az adam tapılar ki, “Qarabağ”ın çempion ola bilməyəcəyinə inansın. Ağdamlıların daha 5 xal toplamağı kifayət edir ki, qızıl medallar qazanılsın. Bu mövsümdəki çıxışlarını nəzərə alsaq, bu Qurbanovun yetirmələriyçün elə də problem olmamalıdı.

Bəs bu şəraitdə Qurbanov növbəti görüşlər üçün heyətdə dəyişikliklərə getməyi planlaşdırırmı? Növbəti 6 görüşdə “Qarabağ”ın gənclərini start 11-likdə görə biləcəyikmi? – bu suallarla Qurban Qurbanova müraciət etdik.

Ağdamlıların baş məşqçisi “ehtimalın nə qədər böyük olursa olsun – bu hələ ki mütləq deyil” deyil prizmasındadı. Qarşıdakı “Simurq” oyununun onlar üçün çox vacib olduğunu, Zaqatala təmsilçisiylə son duellərdə həmişə çətinlik çəkdiklərini bununçün də əsas heyəti dəyişmək fikrinin olmadığını bildirdi. “Sonrakı 5 tur ağır mikro-tsikldi.  “İnter”, “Bakı”, “Neftçi” kimi komandalarla oynayacağıq.Çempionluqdan çox bu oyunları düşünürük.

Psixoloji mәngәnәdәn ehtiyatlanmalıyıq. Hansısa arzulanmaz hal olsa mәn bunun təsirinə düşəcəm vә bu, komandaya da tәsir göstәrәcәk. Buna görә hәlә optimal heyәtlә oynayıb hәr oyuna maksimum diqqәtli yanaşmalıyıq.” – Qurbanov əlavə elədi.


oxunma sayı: 236 | Paylaş:




?>