')

Bu gün:


FutbolPress.Az | Sona 6 tur qalmış

Sona 6 tur qalmış


oxunma sayı: 237 Paylaş:

FutbolPressÖlkə Premyer Liqasının bitiminə 6 tur qalmış bəzi şeylər artıq müəyyənləşib. Məsələn bilirik ki, nəsə möcüzə olmasa "Qarabağ" çempion olacaq. Təxminən bunu da bilirik ki, minimalist oyunla "İnter" də çətin ki, 3-dən aşağı düşsün. Bunu da təxmin eləmək olar ki, avroliqalara son ümidi PL-də 3-cülük olan "Bakı" son 6 turda ancaq qələbə üçün oynayacaq. Kubok finalına vəsiqəni təmin etmiş "Qəbələ"ysə "Simurq"la arasındakı xal fərqini qorumaq etibarilə çox da riskəmeylli olmayacaq. Bunları qeyd etməkdəki məqsədimiz növbəti turlarda hansı komandanın nə cür oyun sərgiləyəcəyinin, oyunlara mental köklənişlərinin necə olacağının azdan-mazdan (vurğu azdan-mazdandadı) proqnozunu verməkdi.

 Bu mənada ölkə futboluna marağı olan mərc həvəskarlarıyçun bir cədvəl hazırladıq. Hansı komanda neçə qol vurur - ümumiyyətlə necə vurur? 



# Klub Oyun 0 1 2 3 4 5 6 7 7+ O.H.
1 "Bakı" 30 2 5 5 11 4 2 1 0 0 2,67
2 "İnter" 30 2 6 6 8 4 3 1 0 0 2,63
3 "Neftçi" 30 4 4 3 11 5 3 0 0 0 2,60
4 "Qarabağ" 30 5 4 6 9 2 1 2 1 0 2,50
5 XL 30 4 6 7 5 5 2 0 1 0 2,40
6 "Rəvan" 30 4 5 9 7 0 2 3 0 0 2,40
7 AZAL 30 3 5 6 11 4 1 0 0 0 2,37
8 "Sumqayıt" 30 3 6 9 7 3 0 1 1 0 2,33
9 "Qəbələ" 30 5 6 4 11 0 3 0 1 0 2,30
10 "Simurq" 30 8 5 5 8 3 1 0 0 0 1,67


oxunma sayı: 237 | Paylaş:




?>