İbrahimoviç dini mənsubiyyətini bəlli etdi
Paylaş:
Zlatan İbrahimoviç qardaşının dəfn mərasimində iştirak edib. Mərhum İslam qaydaları ilə torpağa tapşırılıb.
Ulduz futbolçu yaxınının cənazə namazına da qatılıb. Bununla da, İbrahimoviçin müsəlman olub-olmadığı sualına aydınlıq gəlib. Zlatanın atası Şefiq İbrahimoviç 1977-ci ildə Bosniya-Hersoqovinadan İsveçrəyə köçüb və orada xorvat Jurka Qraviçlə evlənib. İbrahimoviç həmişə müsəlman və ya xristian olması sualından yayınıb. Zlatanın əzizinin müsəlman adəti ilə dəfn edilməsi və onun cənazə namazına durması bu məsələyə aydınlıq gətirib.
Bu arada PSJ klubu İbrahimoviçə qardaşının ölümü ilə bağlı başsağlığı verib.
| Paylaş: