')

Bu gün:


FutbolPress.Az | Azərbaycan şahmatçıları üçün Yunanıstan sınağı

Azərbaycan şahmatçıları üçün Yunanıstan sınağı


oxunma sayı: 214 Paylaş:

FutbolPressSabah Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək.

Futbolpress.az xəbər verir ki, 35 ölkənin təmsil olunduğu yarışda Azərbaycan şahmatçıları da mübarizə aparacaq.

Qitə çempionatında Azərbaycanı Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova və Səbinə Rzalı təmsil edəcək.

10 turdan ibarət Avropa çempionatına aprelin 29-da yekun vurulacaq.

2022-ci ildə Günay Məmmədzadə Avropa çempionatında gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medala layiq görülüb.


oxunma sayı: 214 | Paylaş:




?>