')

Bu gün:


FutbolPress.Az | Almeyda "Qarabağ"dan ayrılacaq - yeni ünvanı bəllidir (EKSKLÜZİV)

Almeyda "Qarabağ"dan ayrılacaq - yeni ünvanı bəllidir (EKSKLÜZİV)


oxunma sayı: 2418 Paylaş:

FutbolPress"Qarabağ"ın futbolçusu Riçard Almeyda mövsümün sonunda klubu tərk edəcək.

"FutbolPress"in əldə etdiyi məlumata görə, 35 yaşlı yarımmüdafiəçi "atlılar"la müddəti yayda bitəcək sözləşməsini uzatmayacaq. Almeyda azad agent kimi klubu tərk edəcək. O, vətəni Braziliyaya qayıtmaq qərarı verib.

“Santo Andre” klubunun yetirməsi olan Almeyda 2010-2012-ci illərdə Portuqaliya "Jil Visente"sində icarədə çıxış etdikdən sonra “Qarabağ”a keçib. 6 il Azərbaycanda top qovan yarımmüdafiəçi daha sonra – 2018-ci ildə “Astana”ya (Qazaxıstan), 2020-ci ildə “Baniyas”a (Birləşmiş Ərəb Əmirlikləri) keçib. Həmin ilin yayında yenidən Azərbaycana qayıdan Almeyda bir mövsüm “Zirə”də oynadıqdan sonra “Qarabağ”a qayıdıb. O, bu mövsüm 22 oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Braziliyalı futbolçu 2017-ci ildə debüt etdiyi Azərbaycan millisindəki karyerasını da ötən yay sonlandırıb. O, yığmada 31 oyunda 3 qolla yadda qalıb.

"FutbolPress"


oxunma sayı: 2418 | Paylaş:




?>