')

Bu gün:


FutbolPress.Az | "Avropa çempionatına tam heyətlə gedəcəyik" - Elnur Məmmədli

"Avropa çempionatına tam heyətlə gedəcəyik" - Elnur Məmmədli


oxunma sayı: 66 Paylaş:

FutbolPressXorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın cüdo millisi növbəti məşqinə çıxıb.

Futbolpress.az xəbər verir ki, məşqdən sonra Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli yığmanın Avropa çempionatına hazırlığı barədə jurnalistlərə açıqlama verib.

O, komanda daxilində ab-havanın yaxşı olduğunu bildirib:

"Hazırda komandada ab-hava yaxşıdır. Avropa çempionatına tam heyətlə gedəcəyik. Komandamız ötən qitə çempionatında 2 "qızıl" qazanıb. Hidayət Heydərov və Zelim Kotsoyev reytinqdə yuxarı pillələrdə qərarlaşıblar. Bu yarışda da cüdoçularımızın uğurlu çıxış edəcəyinə inanıram. İndi əsas məqsədimiz Paris-2024 Yay Olimpiya Oyunlarıdır. Lakin bəzi çəki dərəcələrində Olimpiadaya kimin gedəcəyi dəqiqləşməyib".

Avropa çempionatı aprelin 25-27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.


oxunma sayı: 66 | Paylaş:




?>