')

Bu gün:


FutbolPress.Az | Tanınmış MMA döyüşçüsünün oğlu Almaniyada "bürünc" qazandı

Tanınmış MMA döyüşçüsünün oğlu Almaniyada "bürünc" qazandı


oxunma sayı: 163 Paylaş:

FutbolPressAzərbaycan milli komandasının və “Qəbələ” İdman klubunun cüdoçusu Mehdi Abbasov növbəti uğuruna imza atıb.

Futbolpress.az xəbər verir ki, cüdoçu Almaniyanın paytaxtı Berlində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda fərqlənib.

O, yarışda 81 kq çəkidə çıxış edib. Abbasov bürünc medal qazanaraq turniri fəxri kürsüdə başa vurub.

Mehdi Abbbasov tanınmış MMA döyüşçüsü Bəxtiyar Abbasovun oğludur.

Qeyd edək ki, turnirdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanan Azərbaycan yığması komanda hesabında 1-ci yeri tutub


oxunma sayı: 163 | Paylaş:




?>