')

Bu gün:


FutbolPress.Az | "O günü həyatım boyunca xatırlayacam" - "Turan Tovuz"un legioneri

"O günü həyatım boyunca xatırlayacam" - "Turan Tovuz"un legioneri


oxunma sayı: 164 Paylaş:

FutbolPress"Turan Tovuz" Azərbaycan Premyer Liqasının XXX turunda səfərdə "Qəbələ"ni məğlub edib - 2:1.

Tovuz təmsilçisinə sonuncu dəqiqədə qələbə qazandıran qolun müəllifi Belajdi Pusi "FutbolPress"ə açıqlamasında görüşlə bağlı fikirlərini bildirdi:

"Çətin oyun oldu. Buna baxmayaraq, sona qədər qələbə üçün əlimizdən gələni etdik. Şükürlər olsun ki, bunu bacardıq. Qələbə qolunu vurduğum üçün xoşbəxtəm. O günü həyatım boyunca xatırlayacam".

Alban forvard komandanın turnir cədvəlində irəliləməsindən sonra artan avrokubok şanslarından söz açdı:

"Qarşımıza konkret hədəf qoymamışıq ki, avrokuboklara gedək. Oyundan-oyuna artırmaq, inkişaf etmək istəyirik. Bütün diqqətimiz çempionatdadır. Mövsümün sonudur və motivasiyamız yüksəkdir".

Pusi son turlarda məhsuldarlığının aşağı olmasına da toxundu:

"Çox qol vura bilmirəm. Sonuncu dəfə 3-4 həftə əvvəl "Zirə" ilə oyunda fərqlənmişdim. Amma mənimçün əsas olan komandamın uğur qazanması və yaxşı futbol göstərməyimdir. Komandaya kömək edə bilirəmsə, bəsdir".

"Turan Tovuz"la müqaviləsi mövsümün sonuna qədər olan Belajdi klubdakı taleyi haqda hələ düşünmədiyini deyib:

"Hazırda müqaviləmi düşünmürəm. Çempionatın sonlarıdır və bütün diqqətim oyunlardadır. Yayda vəziyyətə baxacağıq. İndi nəsə danışmaq düz olmaz və belə şeyləri xoşlamıram". 

Şahin Cəfərov


oxunma sayı: 164 | Paylaş:




?>