')

Bu gün:


FutbolPress.Az | "Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər” - Borisov

"Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər” - Borisov


oxunma sayı: 43 Paylaş:

FutbolPressFutzal üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Gürcüstana məğlub olub.

Futbolpress.az xəbər verir ki, yığmanın baş məşqçisi Vitali Borisov 2:3 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

“Bilirsiniz ki, milli komandanı yenidən formalaşdırırıq. Budəfki heyətimiz demək olar, sırf Azərbaycan çempionatında çıxış edən futzalçılardan ibarətdir. Bu görüş 2024-cü ildə ilk beynəlxalq oyunumuz idi. Uşaqlardan razı qaldım. Sona qədər mübarizə apardılar. Rəqibimiz olan Gürcüstan millisi də zəif komanda deyil. Bu gün bizdən üstün oynadılar.

Narazı qaldığım məqam iki qolu standart vəziyyətdən buraxmağımızla bağlıdır. Bu da bir yerdə çox işləməməyimizin nəticəsidir. Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”.



oxunma sayı: 43 | Paylaş:




?>