')

Bu gün:


FutbolPress.Az | Azərbaycan yığması gürcülərlə bacarmadı

Azərbaycan yığması gürcülərlə bacarmadı


oxunma sayı: 54 Paylaş:

FutbolPressFutzal üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi komanda Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşıb.

Oyunda hesabı meydan sahibləri açıb. Arcınca Novruz Kazıxanov Ülvi Əliyevin qapıya paralel ötürməsini tora qovuşdurub. Amma fasiləyə qədər Gürcüstan yığması daha bir qol vurdu. İkinci hissədə rəqib fərqi iki topa çatdırsa da, 32-ci dəqiqədə Əmirin yaratdığı epizodu Xəzər qolla tamamladı. Bu komandalar arasında növbəti oyun 2 gün sonra – aprelin 16-da, saat 19:00-da Tbilisi İdman Sarayında keçiriləcək.

Gürcüstan – Azərbaycan (2:1) 3:2
Qollar:
Saba Tkeşelaşvili, 1:10, Giorgi Ghavtadze, 8:22, 29:12 // Novruz Kazıxanov, 2:07, Xəzər Ağalızadə, 31:13
Sarı vərəqələr: İrakli Todua, 14:27, Giorgi Ghavtadze, 36:15 // Novruz Kazıxanov, 36:57




oxunma sayı: 54 | Paylaş:




?>