')

Bu gün:


FutbolPress.Az | Ramil Şeydayev "Kocaelispor"da debüt qolunu vurdu - VİDEO

Ramil Şeydayev "Kocaelispor"da debüt qolunu vurdu - VİDEO


oxunma sayı: 97 Paylaş:

FutbolPressAzərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" Türkiyə I Liqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda "Giresunspor"u qəbul edib. Oyun "Kocaelispor"un qələbəsiylə başa çatıb - 2:0.

Şeydayev oyuna start heyətdə başlayıb. O, 8-ci dəqiqədə komandasının ilk qolunu vurub. Bu, həm də onun "Kocaelispor"da birinci qolu olub. Şeydayev 16-cı dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb. Forvard 79-cu dəqiqədə əvəzlənib.

"Kocaelispor" 30 turdan sonra 52 xalla 4-cü sıradadır.


oxunma sayı: 97 | Paylaş:




?>