')

Bu gün:


FutbolPress.Az | APL-də fərqlənən hakimlər - ən çox "sarı" göstərən kimdir?

APL-də fərqlənən hakimlər - ən çox "sarı" göstərən kimdir?


oxunma sayı: 1583 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında geridə qalan 29 turda ən çox oyuna təyinat alan hakim Əliyar Ağayevdir.

FIFA referisi buna qədər çempionatda 17 matçda idarəçilik edib. Ağayev bu görüşlərdə 82 sarı vərəqə, 6 dəfə isə penalti qərarı verib.

Oyun sayında ikinci sırada Rəvan Həmzəzadədir. Referi 15 oyunda iş başında olub. O, görüşlərdə 53 "sarı", 1 "qırmızı" və 10 dəfə də penalti qərarı verib.

"Üçlüy"ü FIFA referisi Elçin Məsiyev tamamlayır. O, 14 görüşdə söz sahibi olub. Məsiyev bu matçlarda 67 sarı vərəqə göstərib, 3 dəfə isə oyunçuları "qırmızı" ilə cəzalandırıb. Referi 6 dəfə qapılara penalti təyin edib.

Çempionatda ən çox sarı vərəqəyə müraciət edən Əliyar Ağayev, penaltiyə isə Rəvan Həmzəzadədir.

Premyer Liqada mövsümün sonuna yaxınlaşırıq. Avrokuboklar uğrunda mübarizənin gərgin bir olduğu vaxtda hakimlərin qərarları, VAR-ın bəzi epizodlara müdaxilə etməməsi ciddi narazılıqla qarşılanır. Demək olar, hər oyun hansısa görüşdə mübahisəli epizodun şahidi oluruq. AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek ara-sıra "CBC Sport" vasitəsilə bəzi sualları cavablandırmağa çalışsa da, cavabsız sorğular daha çoxdur. Narazılıq başa düşüləndir və vəziyyətin idarədən çıxmaması səbəbindən son turlar hakimlər üçün daha çətin keçəcək.

Kamil Əhməd


oxunma sayı: 1583 | Paylaş:




?>