')

Bu gün:


FutbolPress.Az | Maqsud Adıgözəlov:  "Bu təkliflərin üzərində işləmək lazımdır"

Maqsud Adıgözəlov: "Bu təkliflərin üzərində işləmək lazımdır"


oxunma sayı: 1252 Paylaş:

FutbolPressDünən AFFA Klublar Komitəsinin iclası keçirilib. Toplantıda təklif olunub ki, növbəti iclasa qədər klublar Azərbaycan futbolunun müxtəlif sahələrinin inkişafına dair təkliflər paketini hazırlayıb, təqdim etsinlər.

"Sabah" klubunun prezidenti və Klublar Komitəsinin sədri Maqsud Adıgözəlov "FutbolPress"ə açıqlamasında iclas haqda fikirlərini bölüşdü:

"Klublar Komitəsinin iclasında bir neçə məsələ müzakirə edildi. Təkcə "Sabah" yox, hər bir klub öz fikirlərini bildirdi, təkliflərini verdi. Lakin bu təkliflərin üzərində işləmək lazımdır. Buna görə, belə qərara gəldik ki, İcraiyyə Komitəsinin növbəti iclasına kimi daha iki görüş təşkil edilsin. Bu görüşlərdə hazırda müzakirə edilən məsələlər təkliflər paketi halına salınacaq. Ola bilsin, bu müddətdə yeni təkliflər də edilsin".

Adıgözəlov növbəti toplantının mayın əvvəlində olacağını qeyd etdi:

"İcraiyyə Komitəsinin mayın əvvəlində olacaq növbəti iclasına kimi hər bir məsələ ilə bağlı təkliflər paketi hazırlanaraq təqdim ediləcək. Hazırda bu məsələ ilə bağlı konkret fikir bildirmək istəməzdim. Çünki son iclasda bir çox məsələ müzakirə olunub, klublar müxtəlif fikirlər səsləndiriblər. Müzakirə edilən təkliflərlə bağlı ortaq qərar verildikdən sonra daha ətraflı və dəqiq məlumat vermək mümkün olacaq".

Şahin Cəfərov


oxunma sayı: 1252 | Paylaş:




?>