')

Bu gün:


FutbolPress.Az | "Mübarizəni sona kimi aparmaq əsas məqsəd olmalıdır"

"Mübarizəni sona kimi aparmaq əsas məqsəd olmalıdır"


oxunma sayı: 70 Paylaş:

FutbolPress"Çempionatın sonuna kimi vəziyyətimizi düzəltmək üçün mübarizə aparacağıq".

Futbolpress.az xəbər verir ki, bunu “Gəncə”nin baş məşqçisi Bedri Meriç ABL-nın 16-cı turundan sonra klubun mətbuat xidmətinə açıqlayıb:

“Bundan öncəki turda uğursuz oyunlar seriyasını dayandıra bilmişdik. İndi də ardını gətirdik. Oyuna yaxşı başlamasaq da, dönüş etdik. Əzmkar oynadıq. Matç “Cəlilabad” pley-off üçün önəmli idi. Çempionatın sonuna kimi vəziyyətimizi düzəltmək üçün mübarizə aparacağıq. Oyunçularımla qürur duyuram. Final serenasına kimi dayanmadan vuruşdular. Layiq olduğumuz qələbəni qazandıq. Bura bizi dəstəkləməyə gələn azarkeşlərə də təşəkkür edirəm. Bəlkə bir az gec oldu amma komandaya sona qədər mübarizə aparmağı aşılaya bilmişik. Çempionatda döyüşmək lazımdı. Mübarizəni sona kimi aparmaq əsas məqsəd olmalıdı. Bunu etməsən, uduzacaqsan. Belə təcrübə başımıza çox gəlib. Qarşıdakı iki matçda da qələbə qazanmağa çalışacağıq”.

16-cı turda "Gəncə" “Cəlilabad”a 103:91 hesabı ilə qalib gəlib.


oxunma sayı: 70 | Paylaş:




?>