')

Bu gün:


FutbolPress.Az | Olimpiya Təsnifat turniri: sərbəst güləşçilər mübarizəyə başlayır

Olimpiya Təsnifat turniri: sərbəst güləşçilər mübarizəyə başlayır


oxunma sayı: 57 Paylaş:

FutbolPressBu gün Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, yarışın son günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.

Əliabbas Rzazadə (57 kq) ilk qarşılaşmada Simone Piroddu (İtaliya) ilə üz-üzə gələcək.

65 kq-dakı təmsilçimiz Hacı Əliyev Həmzət Arsamerzoyevi (Fransa) sınağa çəkəcək.

Turan Bayramov (74 kq) Tobias Portmann (İsveçrə) ilə qarşılaşacaq.

Osman Nurmaqomedov (86 kq)  mübarizəyə Domantas Pauliçenko (Litva) ilə görüşlə start verəcək.

Giorgi Meşvildişvili (125 kq) ilk mərhələdən azaddır. Onun rəqibi əvvəlki mərhələlərdə bəlli olacaq.


oxunma sayı: 57 | Paylaş:




?>