')

Bu gün:


FutbolPress.Az | Lunyov narazıdır: "Ölkə çempionatına azarkeş marağı azdır"

Lunyov narazıdır: "Ölkə çempionatına azarkeş marağı azdır"


oxunma sayı: 94 Paylaş:

FutbolPress"Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyov "Matç TV"yə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, müsahibə zamanı o, Azərbaycan çempionatından söz açıb:

"Azərbaycan çempionatında 10 komanda çıxış edir. Hər komanda ilə 4 dəfə oynayırıq. Düzünü desəm, yaxşı mənada təəccübləndim. Çünki “Qarabağ”a keçəndə komanda yoldaşlarım mənə dedilər ki, burada avrokuboklar zamanı əylənirsən, amma sonra hər şey çətinləşir. Heç bir komanda ilə oyun asan olmur".

Qapıçı Premyer Liqaya azarkeş marağının aşağı olmasından danışıb:

"Ölkə çempionatına azarkeş marağı azdır. Stadionlarda çox az tamaşaçı olur. Sanki rəsmi deyil, yoldaşlıq oyunu keçirirsiniz. Əvvəllər çıxış etdiyim digər çempionatlarda bu qədər az azarkeş olmurdu".


oxunma sayı: 94 | Paylaş:




?>