')

Bu gün:


FutbolPress.Az | AFFA rəsmisi: "Arif Əsədov sübut etdi ki..."

AFFA rəsmisi: "Arif Əsədov sübut etdi ki..."


oxunma sayı: 1953 Paylaş:

FutbolPressAzərbaycan millisi “FIFA series-Edition 2024” turnirində son oyununu keçirdi. Yığma Tofiq Bəhramov adına Respublika stadionunda  Bolqarıstan yığması ilə heç-heçəyə razılaşdı – 1:1

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov "FutbolPress"ə açıqlamasında oyunla bağlı fikirlərini bölüşdü:

"Çoxdandır milli komanda belə çıxış etmirdi. Nəzərə alsaq ki, hazırda yığmanı yerli məşqçi idarə edir. Əminliklə demək olar ki, komandamızın çıxışını qənaətbəxş saymaq olar. Monqolustanla oyunda şansımız çox oldu, lakin çatışmayan qol idi, o da son dəqiqələrdə vuruldu. Lakin güclü Bolqarıstan yığmasına qarşı demək olar ki, yığmamız tam potensialını ortaya qoydu. Yaxşı oyun sərgilədilər. Meydanda sona qədər mübarizə getdi, hesabı bərabərləşdirdikdən sonra da qələbə üçün irəli atıldılar. Hesab edirəm ki, meydanda çoxdandır görmədiyimiz oyuna şahid olduq. Yerli mütəxəssisin iş başında uğurlu çıxışını gördük və bu da bizi sevindirir. Arif Əsədov yeni simalara şans verdi. Onlar da oyuna rəng qatdılar. Beləcə, komandada yaxşı mənada rəqabətlilik yarandı".

AFFA rəsmisi hesab edir ki, növbəti oyunlarda da Arif Əsədova şans vermək olar:

"Hesab edirəm ki, Arif Əsədov özünü doğrultdu. Arif Əsədov sübut etdi ki, yerli mütəxəssilərə şans vermək olar. Bir çox yerli mütəxəssis baş məşqçi postunda özünü yaxşı tərəfdən göstərə bilər. Bu oyunlarda gəıəcək milli komandanın cizgilərini gördük. Gələcəkdə milli ruhu yüksək olan milli formalaşmalıdır və onun başında da yerli mütəxəssis durmalıdır".

Məlik Məlikov


oxunma sayı: 1953 | Paylaş:




?>