')

Bu gün:


FutbolPress.Az | UEFA-dan "Qarabağ"a - cərimə və xəbərdarlıq

UEFA-dan "Qarabağ"a - cərimə və xəbərdarlıq


oxunma sayı: 798 Paylaş:

FutbolPress"Qarabağ" UEFA Avropa Liqasının "Braqa" və "Bayer"lə ev oyununda azarkeşlərinin davranışlarına görə cərimələnib.

Futbolpress.az xəbər verir ki, futbol qurumu "atlılar"ı fanatların "Braqa" ilə oyunda lazerdən istifadə etməsinə 8 000, təhqir xarakterli təxribatçı şüarlarına görə 22 500 avro cərimələyib. Klub həmin matçda Tofiq Bəhramov adına Respublika stadionunda səs sistemindən düzgün istifadə edilməməsinə görə isə 5 000 avro cəza alıb. Kluba top daşıyan uşaqların idmançıya yaraşmayan davranışlar etməsinə görə xəbərdarlıq edilib. Komandanın uyğunsuz davranışı isə 7 500 avroya başa gəlib.

"Bayer"lə matçda isə priotexniki vasitələrdən istifadəyə görə 2 750 avro pul cəzası verilib. 


oxunma sayı: 798 | Paylaş:




?>