')

Bu gün:


FutbolPress.Az | Onur Quluzadə Çinə yollandı

Onur Quluzadə Çinə yollandı


oxunma sayı: 69 Paylaş:

FutbolPressStolüstü tennisçilərimizi qarşıda daha bir ciddi sınaq gözləyir.

Futbolpress.az xəbər verir ki, seçmə komanda may ayında Buxarestdə təşkil olunacaq Avropa çempionatında mübarizə aparacaq.

İdmançılarımız məsul yarışa hazırlığı davam etdirirlər.

Komandamızın üzvləri qitə birinciliyinədək bir neçə beynəlxalq turnirlə yanaşı təlim-məşq toplanışlarına da qatılacaqlar.

Onlardan biri – Onur Quluzadə bu məqsədlə Çinə yollanıb. İstedadlı idmançı aprelin 1-dək baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Çin millisinin Jenqdinq şəhərindəki təlim-məşq bazasında toplanışda olacaq.

Onur Quluzadə, həmçinin komandamızın digər üzvləri bundan əvvəl də Çin Xalq Respublikasının məşhur stolüstü tennis bazalarında hazırlıq keçiblər.


oxunma sayı: 69 | Paylaş:




?>