')

Bu gün:


FutbolPress.Az | "Neftçi" Azərbaycanın, "Spartak" da Rusiyanın böyük komandasıdır"

"Neftçi" Azərbaycanın, "Spartak" da Rusiyanın böyük komandasıdır"


oxunma sayı: 109 Paylaş:

FutbolPress"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Bakıda Rusiyanın "Spartak" komandasına qarşı keçirəcəkləri yoldaşlıq matçı haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis klubun televiziyasına açıqlamasında komandanın hazırlığından söz açıb:

"Spartak" çox yaxşı komandadır. Çempionatda az şans qazanan oyunçuları bu matçda yoxlamağa çalışacağıq. Bu oyun bizim xeyrimizə olacaq. "Sparta" gözəl futbol oynayan komandadır. Necə ki, "Neftçi" Azərbaycanın, "Spartak" da Rusiyanın böyük komandasıdır. Onların da fanatları bizimkilər kimidir, komandanın nəticəsi yaxşı olmayanda narazılıq edirlər. Onlarda bir deyim var - "Spartak futbolu". Bu, o deməkdir ki, çoxlu ötürmələr, sürətli reydlər, ümumilikdə texniki futbol. Onların azarkeşləri yaxşı futbol istəyirlər".

Martın 23-də keçiriləcək oyuna saat 18:00-da start veriləcək.


oxunma sayı: 109 | Paylaş:




?>