')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" Belarusda darmadağınla başladı

"Qarabağ" Belarusda darmadağınla başladı


oxunma sayı: 182 Paylaş:

FutbolPress“Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb.

Futbolpress.az xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu kollektiv Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirinin ilk turunda Rusiya “Lavina”sı ilə görüşüb.

C qrupunda yer alan "atlılar" bu qarşılaşmada 6:0 hesabı ilə qalib gəlib. 2-ci dəqiqədə Əhəd Hacızadə hesabı açıb.Oyunun 4 və 6-cı dəqiqələrində Daniil Rəcəbov, 8-ci dəqiqədə Vaqif Nəbiyev, 20-ci dəqiqədə Seyid Zalov, 39-cu dəqiqədə Murad İsmayılov qol vurub.

Qeyd edək ki, "Qarabağ" qrupdakı digər iki matçını bu gün keçirəcək. “Qarabağ” öncə “Rotor”la, ardınca BATE ilə qarşılaşacaq.


oxunma sayı: 182 | Paylaş:




?>