')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"də onunla yollar ayrılacaq - narazılıq var

"Qəbələ"də onunla yollar ayrılacaq - narazılıq var


oxunma sayı: 452 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında 27 turdan sonra turnir cədvəlində sonuncu olan "Qəbələ"də mövsümün sonunda komandanı tərk edəcək futbolçulardan biri məlum olub.

"FutbolPress"in əldə etdiyi məlumata görə, "qırmızı-qaralar"da müdafiəçi Lukas Afriko ilə yollar ayrılacaq.

Mövsümün əvvəlində heyətə cəlb olunan oyunçu son turlarda intizamsız oyunu ilə "fərqlənir" və bu, məşqçilər korpusunu narazı salıb. Afrikonun yayda müddəti başa çatacaq müqaviləsi yenilənməyəcək. 

29 yaşlı müdafiəçi bu mövsüm "Qəbələ" formasıyla 27 oyunda meydana çıxıb.


oxunma sayı: 452 | Paylaş:




?>