')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" Azərbaycanda, PSV isə dünyada birinci oldu

"Qarabağ" Azərbaycanda, PSV isə dünyada birinci oldu


oxunma sayı: 243 Paylaş:

FutbolPressBeynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) 2023/2024 mövsümündə ölkə çempionatlarında "çərçivə"yə ən çox zərbə vuran klubların adları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, siyahıda 54 liqasından 900 komanda yer alıb.

Azərbaycan klubları arasında ən yaxşı göstərici "Qarabağ" məxsusdur.

Ağdam təmsilçisi hər matçda orta hesabla 5,81 dəqiq zərbə ilə yadda qalıb. "Atlılar" siyahıda 39-cudur.

Premyer Liqada klublarının göstəriciləri:

1. “Qarabağ” - 5,81
2. “Turan Tovuz” - 4,64
3. “Sabah” - 3,81
4. “Qəbələ” - 3,73
5. “Səbail” - 3,73
6. “Araz-Naxçıvan” - 3,57
7. “Neftçi” - 3,50
8. “Kəpəz” - 3,38
9. “Zirə” - 2,77
10. “Sumqayıt” - 2,73

Ümumi siyahıya isə PSV başçılıq edir:

1. PSV – 8,92
2. “Bavariya” – 7,13
3. “Seltik” – 7,07
4. “Lüdoqorets” – 7,04
5. “Feyenord” – 7,00
6. “Srvena Zvezda” – 6,94
7. “Reyncers” – 6,86
8. “Əl-Hilal” – 6,83
9. “Benfika” – 6,76
10. “Mançester Siti” – 6,68.


oxunma sayı: 243 | Paylaş:




?>