')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın "evdə" biləyi bükülmür - "Qəbələ" yenə sonuncu oldu

"Qarabağ"ın "evdə" biləyi bükülmür - "Qəbələ" yenə sonuncu oldu


oxunma sayı: 573 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında 26 tur geridə qalıb.

Futbolpress.az xəbər verir ki, lider "Qarabağ" ev oyunlarında ən çox xal qazanan komandadır. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 14 ev matçında 11 qələbə qazanıb, 1 dəfə məğlub olub. "Atlılar" doğma arenasında 35 xal toplayıb.

Bu göstəricidə ikinci sırada "Sabah"dır. "Futuristlər" "Bank Respublika Arena"da 14 oyunda 6 qələbə qazanıb və 3 dəfə meydanı xalsız tərk edib. Azarkeşləri önündə inamlı çıxış edən komanda "evində" 23 xal qazanıb.

"Üçlüy"ü "Turan Tovuz" tamamlayır. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Tovuzda 13 oyunun 6-da qələbə qazanıb, 3-də məğlub olub. Tovuzlular öz arenalarında 22 xal toplayıb.

Turnir cədvəlində son sırada yer alan "Qəbələ" ev oyunlarında ən pis statistikası olan komandadır. "Qırmızı-qaralar" 13 oyunda cəmi 3 dəfə qələbə qazanıb. Azarkeşlərini sevincdən məhrum edən bölgə təmsilçisi 9 dəfə Qəbələ şəhər stadionunu xalsız tərk edib. "Qəbələ" öz meydanında 13 matçda cəmi 10 xal qazanıb. 

Kamil Əhməd


oxunma sayı: 573 | Paylaş:




?>