')

Bu gün:


FutbolPress.Az | "Sübut etdik ki, zəif deyilik" - "Kəpəz"in futbolçusu

"Sübut etdik ki, zəif deyilik" - "Kəpəz"in futbolçusu


oxunma sayı: 245 Paylaş:

FutbolPress"Kəpəz" Premyer Liqanın XXVI turunda "Neftçi" ilə heç-heçəyə razılaşıb - 3:3.

Gəncə təmsilçisinin müdafiəçisi Vüsal Məsimov "FutbolPress"ə açıqlamasında görüşü şərh etdi:

"Neftçi" ilə oyunun ağır olacağını bilirdik. Çünki "Kəpəz" - "Neftçi" görüşləri həmişə çətin keçir, həm də əzəli rəqabət var.  Bu oyun azarkeşlər və komandalar üçün tarixi idi. Matça yaxşı hazırlaşmışdıq, meydana qələbə üçün çıxmışdıq, düzdür, alınmadı, amma bir xal da pis deyil. Meydanda yaxşı oyun göstərdik. Qələbə daha yaxşı olardı, amma olmadı. Üç xal qazanmağa yaxın idik, buna baxmayaraq, nəticə pis deyil".

Turnir cədvəlində 9-cu pillədə yer alan "Kəpəz" sonuncu "Qəbələ"dən 12 xal irəlidədir. Məsimov sona 10 tur qalmış komandalar arasında 12 xallır fərqin yaranmasına da münasibət bildirdi:

"12 xal üstünlükdür, ancaq arxayınlaşmaq olmaz. Çünki qarşıda oyunlarımız var. Hər matça qələbə üçün çıxırıq. Bizdən öndə olan komandalara da çata bilərik. Futbolda hər şey mümkündür. "Kəpəz"in zəif olduğunun deməzdim. Son turlardakı nəticələrimiz göz qabağındadır. Düşünürəm ki, komanda yaxşı oyun göstərir, "Neftçi" ilə matçda da belə oldu. Sübut etdik ki, zəif deyilik. İlk qolu da biz vurduq, sonra yenə önə keçdik. Rəqabətli oyun alındı".

Müdafiəçi komandanın doğma arenası - Gəncə şəhər stadionunda oynamamasının təsirlərindən də söz açdı:

"Neçə aydır, öz stadionumuzda oynamırıq. Əlavə yol gedir, yoruluruq. Həm də azarkeşlərimizin çoxu stadionlara gələ bilmir. Məsafələr uzaq olur, onları başa düşürük. Buna baxmayaraq, hər matçda onların dəstəyini hiss edirik. Gəncə şəhər stadionunun atmosferi başqa idi və bizə əlavə inam verirdi. Başqa meydanlarda oynasaq da, azarkeşlərimizi sevindirmək üçün çalışırıq".

Vüsal Premyer Liqada növbəti turun "Zirə" ilə oyunundan gözləntilərini bölüşdü:

"Zirə" ilə oyun çətin olacaq. Bu gündən hazırlığa başlayacağıq. Rəqib neçə ildir, yüksək sıralar uğrunda oynayır. Maraqlı oyun olacaq, yaxşı nəticə qazanmağa çalışacağıq".

Şahin Cəfərov


oxunma sayı: 245 | Paylaş:




?>