')

Bu gün:


FutbolPress.Az | "Çəkinmədən mübarizə aparmalıyıq" - Qurban Qurbanov 

"Çəkinmədən mübarizə aparmalıyıq" - Qurban Qurbanov 


oxunma sayı: 144 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXVI turunun "Qarabağ" - "Zirə" oyunundan (3:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib...

- Futbolçularımı təbrik edirəm. Ümumi olaraq, bəzi futbolçular oyun ritmindən aşağı idi. İstəkli idilər, ancaq boşluqlarımız oldu. Rəqibin 100 faizlik qol şansları oldu. Həmin epizodlarda futbolmulat diqqətsizlik etdi, amma "Zirə" istifadə edə bilmədi.

- Kevin Medina oynamağa tam hazırdır?
- Medinanın qayıtmasına sevinirik. Ancaq gördüz, ağırdır, oynamaq çətin idi. Uyğunlaşmaq üçün vaxt lazımdır. "Bayer"lə oyunda ehtiyac olsa, meydana çıxa bilər. Bu, bizimçün üstünlükdür.

- Azarkeşlərin şüarı var idi - "bizi finala çıxar". Fikirləriniz nədir?
- Həe oyuna maksimum hazırlaşırıq. Hər qələbə bizimçün sevinc, irəliləyişdir. Fikrimizi belə şüarlara yönləndirməyək, oyunlara hazırlaşaq.

- Həm sizin, həm də futbolçularınızın adı xarici klublarla hallanır. Bu, necə təsir edir?
- Belə suallardan, fikirlərdən uzaq olmalıyıq. Real olmayan şeydən danışmaq düzgün çıxmaz.

- Benzianın durumu necədir?
- Hər şey normaldır. Juninyonun da vəziyyəti daha yaxşıdır. Qarşıda vaxt var. Ola bilər ki, əsas heyətdə olmasa da, sonradan meydana daxil olsun.

- "Bayer"lə oyunda mərhələ keçmək şansınız nə dərəcədir?
- Sağlam futbolçuların sayının çox olması komandaya kömək edir. Daha intizamlı olmalıyıq. Rəqib öz meydanında oynayır. İstəkli komandadırlar, hər təzyiqə dözməliyik. Sabahdan bu matça hazırlaşacağıq. Vəziyyətə görə heyət quracağıq. Futbolçular çox yorulurlar, bir az istirahətə də ehtiyacları var. Vaxtımız var, çalışacağıq, daha istəkli və intizamlı olaq.

- Avropada yaşayan türklər sizə dəstək kampaniyası başladıb. Bu, sizə necə kömək edəcək?
- Çox köməyi olacaq. Azarkeş futbolçunun motivasiyası üçün minimum 50 faiz səbəbdir. Daha çox fanat qarşısında oynayanda futbolçulat da istəkli və məsuliyyətli olur. Belə kampaniya başlayıbsa, təşəkkür edirəm. Qardaşlarının yanında olacaqlar. Bu dəstəyi əvvəl də görmüşük. Böyük motivasiya olar.

- "Bayer"lə buradakı oyundan əvvəl inamlı danışmışdınız və nəticəni gördük. Bəs indi Almaniya səfəri öncəsi nəyə inanırsınız?
- İnam olmazsa, meydana çıxmağa dəyməz. Futbolçular inamı birinci məndə hiss etməlidirlər. Hər şeyə real baxmalıyıq. Çox yaxşı komandaya qarşı oynayacağıq. Bu komanda komplekt şəkildə güclüdür. Heyətdəki oyunçular bir-birilərini tamamlayır və titula acdırlar. Baş məşqçiləri Xabi Alonso da böyük futbolçu olub, indi də ambisiyası böyük məşqçi olmaqdır. Böyümək üçün böyüklərə qarşı yaxşı mübarizə aparmaq, onları məğlub etmək lazımdır. Səfərdə oynamağımıza baxmayaraq, yaxşı oynamağa çalışacağıq. Sona qədər dözmək çox vacibdir. Bakıdakı oyunda 70 dəqiqədə Azərbaycan çempionatındakı 90 dəqiqənin fiziki göstəriciləri olub. Sürət, dayanıqlılıq maksimum olub. Böyük futbol belədir, dinamikaya dözmək üçün belə oyunlar çox olmalıdər. Bir oyun dözə bilərsən, sadəcə yorğunluğu çıxarmaq üçün daha çox vaxt lazımdır. Buradakı yüklənmə ilə 2 gün bərpa vaxtı bəs edirsə, elə oyunlara 4 gün lazımdır. Kloppun açıqlaması var idi, Çempion Liqası oyunları Premyer Liqadakından daha çətindir. Beynəlxalq turnirlərdə daha çox güc sərf etməli olursan. Məsuliyyət var, hamı ciddi yanaşır. Məğlub ola bilərik, amma böyümək üçün çəkinmədəm mübarizə aparmalıyıq. İnşallah, bunu edəcəyik.

- Alonso ilə görüşdə ona arzulamışdınız ki, Avropa Liqadını qazansınlar. İndi də bunu arzu edirsiniz?
- Rəqib olacağımızı düşünməzdim. Fərqi yoxdur, insan haqq etdiyini qazanmalıdır. Alonsonun futbolçu karyerası göz qabağındadır. İnsan, peşəkar kimi işinə yanaşır. O, qazandığı uğurlara layiqdir. Ambisiyalarından əl çəkən biri deyil.

Şahin Cəfərov


oxunma sayı: 144 | Paylaş:




?>