')

Bu gün:


FutbolPress.Az | Rəşad Sadıqov: "Konfrans Liqasına düşmək istəyirik"

Rəşad Sadıqov: "Konfrans Liqasına düşmək istəyirik"


oxunma sayı: 436 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXVI turunun "Qarabağ" - "Zirə" oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib...

- Ümumi götürsək, oyun pis alınmırdı. Müdafiədən çıxanda top itkisi etdik və rəqib ilk hissənin sonunda fərqləndi. Fasilədən sonra açıq oyun getdi. İmkanlarımız var idi ki, fərqlənək. Şanslardan yararlana bilmədik. Son ötürmələrdə, zərbələrdəki problemlər qabarıq şəkildə özünü göstərdi. Futbolçuların mübarizəsindən, istəyindən razı qaldım. Turnir cədvəlində vəziyyət elədir ki, hər oyun xal qazanmaq lazımdır. Yaxşı oyundan daha vacib olan nəticədir. Növbəti turda "Kəpəz"ə qarşı vacib oyun bizi gözləyir.

- Demək olarmı ki, bundan sonra diqqəti kuboka verəcəksiniz?
- Yox. Önümüzdəki rəqiblərlə xal fərqi azdır. Yenə deyirəm, növbəti oyun bizim üçün çox vacibdir.

- 2,3, 4 və 5-ci yerdək komandaların xal fərqləri azdır. Bu, komandalara təsir edirmi?
- Əlbəttə, komandalara psixoloji təsir edir, təzyiq olur. Hər komanda oyuna əlavə istəklə çıxır. Digər rəqiblərin də avrokuboka düşmək şansı var. 26 tura baxanda görürük ki, çempionatda qələbə qazanmaq çox çətindir. Stabilliyini qoruyan, soyuqqanlı olan komanda daha öndə olacaq. İtkilərimiz çoxdur. Altı oyunçumuz yoxdur. Bu da komandaya öz təsirini göstərir.

- Meza Kollinin gəlişi komandaya nə dərəcə faydalı olacaq?
- Oynatmağı düşünmürdük. Sadəcə itkilərə görə meydana buraxdıq. Formasını bərpa etməyə vaxt lazımdır.

- Klubun vitse-prezidenti Orxan Məmmədov AFFA prezidentliyi üçün namizəd olacaq...
- Mən məşqçiyəm, bu haqda danışmalı deyiləm. Yeni prezident xeyirli olsun. Bildiyim qədərilə, Məmmədov namizədliyini irəli sürməyəcək. Hər kim olacaqsa, xeyirli olsun.

- Konkret hədəf gümüş medallardır, ya avrokuboka getmək?
- Konfrans Liqasına düşmək istəyirik. Amma hər komanda da Avropa Liqasına düşməyi arzulayır. Burada uduzandaa belə Konfrans Liqasına düşürsən. 13 tur sonra istəyirdik ki, azı 2-ci olaq. Ancaq indi vəziyyət odur ki, avrokuboka düşsək, yaxşı olacaq.

- "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov hakimlərdən narazılıq edənlərə referilərin simpatiyası olduğunu söyləyib. Razısınız bu fikirlə?
- Bağırovun bizim adımızı çəkdiyimizi düşünmürəm. Əminəm ki, bizi nəzərdə tutmur. Hamı bizim oyunda baş verən hakim səhvlərini bilir. Nəticəyə təsir edən qərarlar olur və turnir cədvəlində geri düşürük. Ötən oyunda da 40-cı dəqiqədən azlıqda qaldıq. Bu gün qapımıza yan xətt hakimi penalti təyin etdi. Hakimlərin bizə qarşı simpatiyasını hiss etməmişik, heç istəmirik də. Onların da peşəsi ağırdır. Oyunlara emosiyasız çıxmalıdırlar. İstəmirəm ki, əvvəlki səhvlərə görə indi xeyrimə səhv etsinlər. Ədalətli hakimlik istəyirik.

- "Qarabağ"ın "Bayer"lə oyunu haqda fikirləriniz nədir?
- Şans hər zaman var. Rəqib güclüdür. Hamımız istəyirik ki, təmsilçimiz mərhələ keçsin. Buna inanıram. Qurban müəllimə, komandaya, futbolçulara baxanda inam gəlir. Bəlkə, Türkiyə, Rusiya klubu olsaydı, deyərdim ki, şansları yoxdur. "Qarabağ" həmin gün ən uğurlu oyunlarından birini keçirdi.

Şahin Cəfərov


oxunma sayı: 436 | Paylaş:




?>