')

Bu gün:


FutbolPress.Az | "Bizim də qalib gələ bilmədiyimiz komandalar var" - Ayxan Abbasov

"Bizim də qalib gələ bilmədiyimiz komandalar var" - Ayxan Abbasov


oxunma sayı: 216 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXVI turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- Mühüm qələbə oldu. Gərgin oyun keçirdi. İki komanda da aşağı sıralara yuvarlanmışdı. İlk hissədə kəsərli ola bilmədik. "Araz-Naxçıvan" yaxşı, kompakt müdafiə olunurdu. Çətinlik çəkdik, fasilədən sonra dəyişikliyə əl atdıq. Səbr edib, öz vaxtımızı gözləmək lazım idi. Bu oyun bunu gördüm. Bir neçə oyun olub ki, belə matçlarda tələsib, qol buraxmışıq. Çünki oyun intizamı önəmlidir. Bu gün futbolçularım üzərlərinə düşən yükün öhdəsindən gəldilər. Qarşıda bir oyun var, ondan sonra fasilə olacaq. İtkilərimiz var, bəzi oyunçular da hazır deyil. Ümid edirəm ki, qarşıdakı fasilədən sonra bütün oyunçular qayıdacaq və son dövrəyə hazır olacağıq.

- Bu mövsüm "Araz-Naxçıvan"a xal verməmisiniz. Bu, onları yaxşı təhlil etməyinizdən irəli gəlir?
- Belə şeylər olur. Bizim də qalib gələ bilmədiyimiz komandalar var. Bunu nə ilə bağlayacağımızı bilmirəm. Bəzi komandaların bir-biriləri ilə belə oyunları var. Mühüm xallar qazandıq.

- Aleks Souzanın sonradan meydana daxil olanda effektli olacağını düşünürdüz?
- Yüngül zədəsi var idi. Ona görə əsas heyətdə oyuna qoşub, risk etmək istəmədik. Bir az gözləməyi lazım bildim. Hardasa 65-ci dəqiqədən sonra dəyişiklikləri planlaşdırırdım. Xəyal Nəcəfov da zədədən qayıdıb, amma oyuna yaxşı qoşuldu.

Şahin Cəfərov


oxunma sayı: 216 | Paylaş:




?>