')

Bu gün:


FutbolPress.Az | Azər Bağırov: "Tək futbol yox, həm də hakimlərlə oynamalıyıq"

Azər Bağırov: "Tək futbol yox, həm də hakimlərlə oynamalıyıq"


oxunma sayı: 1084 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXVI turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- Hamı oyuna baxdıq. Artıq bir şeyi bilmək vacibdir ki, tək futbol yox, həm də hakimlərlə oynamalıyıq. VAR da çağıra bilər, nəsə epizod ola bilər, amma dediklərimiz təkrarlanır. Futbolçular da insandır, onlar da əsəbiləşir. Hər şey əlehimizədir.

- Hakimlərlə oynamaq deyəndə nəyi nəzərdə tutursunuz? Yəni, hansısa klublar hakimlərlə oynayır?
- "Turan Tovuz", "Zirə" və bir çox komandalar sözlərini dedilər, biz susduq. Bu gün VAR çağırırsa, deməli nəsə var. Amma hakim deyir, heç nə yoxdur. Düzdür, qərarı baş hakim verir, amma mənimçün bir amil var, yəqin ki, o hakimin qarşısına ədalət çıxacaq.

- Belə çıxır ki, həm meydanda, həm meydançadan  kənar oynamaq lazımdır...
- Əslində meydanda görünənlərlə oynamaq lazımdır. Ehtiyatda oturan 20 yaşlı uşaq da qərarlara dözə bilmir. VAR nəsə çıxarır, üstünə düşəni edir, amma hakim qərarı fərqli verir. Ötən oyundan sonra Rəşad Əhmədovu AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşekə şikayət etdim. Bizim bütün oyunlarda nə üçün o təyinat alır? Bugünkü matça təyin olunanda da dedim ki, biz uduzduq. Başqa hakim yoxdur? Ad çəkmək istəmirəm, nə üçün həmişə Rəşad bizim oyunlara gəlir? Başqa planlarınız varsa, bizə də deyin. Komanda futbol oynayır. Cərimə meydançasında dirsəklə zərbə var, qardaşoğlu susur. Biz də insanıq. Kimə dəstək olmaq lazımdırsa, bilinir. Bəs biz necə oynayaq? Deyin, bilək. Hakimlər çox şeydən danışa bilər, elə də qərar verə bilər, belə də. Bizdə də belə olur. Cəriməyə oxşar epizod var, VAR çağırır, amma gedir, gələndən sonra deyir qayda pozuntusu yoxdur. Komandamın hakimlərə qarşı mənfi emosiyası var. "Sabah"la oyunda VAR-da olan hakim bu gün də baş hakimdir. Məni "sındırmaq" istəyirsiz? Gəlin. Allah var, hər şey qarşılarına çıxacaq.

- Niyə Azər Bağırova qarşı belə davranış var?
- Tək Azərə qarşı deyil. Hamının hörmətini saxlamışam, böyük-kiçik yeri bilmişəm. Elə bil ki, "Araz-Naxçıvan" yuxarı sıralarda ola bilməz. Məsələ budur, başqa heç nə. Azərə qarşı ola bilməz, kiminsə ayağını tapdalamamışam. "Sabah"la oyunda Rəşad Əhmədovdan narazılıq edirəm, yenidən bizim oyuna təyinat alır. Niyə?

- "Turan Tovuz"a bu mövsüm üç oyunda da məğlub olmusuz. Sizinçün arzuolunmaq rəqibdir?
- Deməzdim, uşaqlar pis oynamayıb. Bu gün də meydanda futbol oynadıq. İlk hissədə üstünlük bizdə idi. Sadəcə emosiyalar... Çox davam etmək olmur, insanıq.

- Komandada psixoloji eniş var. Ayağa qalmaq çətin olmayacaq?
- Düzdür, eniş var. Bəzi oyunçularda da yüksəliş var. Qış fasiləsində digər komandalar gücləndi, rotasiya imkanları artdı. "Səbail"lə oyunda üç legioner əvəzetmədən oyuna girir, tempi qaldırır. Bizdə də Ramin Nəsirli, İldar Ələkpərov meydana çıxır. Normal hallardır. Oyunçular zəifləyə bilər. Bəzi futbolçular da artırır.

- Nəticələr komandada gərginlik yarada bilər?
- İstefa haqda soruşursanız... Rahat adamam, bura öz əziyyətimlə gəlmişəm. Desələr ki, sağollaşaq, normaldır. Futbolda belə hallar olur. Futbolçular arasında şükürlər olsun, heç bir problemimiz yoxdur. Meydanda kimlərsə döyüşür, qələbə istəyirsə, təslim olmuruq. Bizi tərksilah etdilər.

Şahin Cəfərov


oxunma sayı: 1084 | Paylaş:




?>