')

Bu gün:


FutbolPress.Az | Krunoslav Renduliç: "Üç gün əvvəl uşaqlara dedim ki..."

Krunoslav Renduliç: "Üç gün əvvəl uşaqlara dedim ki..."


oxunma sayı: 385 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXVI turunun "Sabah" - "Qəbələ" oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- Uşaqlara demişdim ki, ağıllı oynamaq lazımdır. Rəqib son sıradadır və çalışırlar ki, mübarizə aparıb, elitada qalsınlar. Həmçinin, bu gün qələbə qazanmaq asan olmadı. Futbolçuları təbrik etmək istəyirəm. İstəmirəm ki, rahatlaşsınlar. Birinci hissə yaxşı oynadıq. İkinci hissə həqiqətən pis idi. Əsəbi idik, çoxlu səhvlər etdik. Lakin önəmli olan 3 xal idi.

- Komandada qısa müddətdə nələri dəyişdiniz?
- Komanda içində 4-3-3 oynamağa üstünlük verdik. Çox şeyi dəyişə bildiyimizi deyə bilmərəm. Yarımmüdafiəçilərdən birinin daha çox qabağa çıxmasını istəyirəm. Birinci hissədə yaxşı idik, fasilədən sonra eniş oldu. Oyunda bəzi şeyləri dəyişdik. Top saxlamaqda daha yaxşı olmalıyıq. Üç xal qazanmaq vacib idi. Müəyyən zaman çərçivəsində inkişaf edəcəyik, bunu əminliklə deyə bilərəm. Amin Seydiyevin həftə içində tempraturu var idi, məşqləri buraxmışdı.

- Qarşınıza hansı hədəf qoyulub?
- Özümün məqsədim var. İkinci olmaq potensialındayıq. Üç gün əvvəl də uşaqlara dedim ki, böyük gözləntiləriniz varsa, bacara bilərsiniz. Kiçik hədəfləriniz varsa, böyüklərə çata bilməyəcəksiniz. İnanıram ki, ikinci yeri tuta biləcəyik. Qarşıda 10 oyun var. Ümid edirəm ki, oyundan oyuna daha yaxşı oynayıb, hədəflərimizə çatacağıq.

- Azərbaycanda bir çox xorvat məşqçilər işləyib. Təklif alanda ilk kimə zəng etdiniz?
- Açığı, birinci Jelko Sopiçə zəng vurdum. O qəbul etməli olduğumu dedi. Sonra isə Prosineçki ilə əlaqəyə saxladım.

- Heyətlə bağlı planlarınız hazırdır?
- Hər transfer dönəmində komandanı daha yaxşı etmək istəyirsən. Bu, prosesdir. Hər klubda bu hal normaldır. Əlbəttə, yayda bəzi dəyişikliklər edəcəyik. İcarədə olan oyunçularımız var, bəzilərinin də müqaviləsi bitir.

- Azərbaycan millisində xorvatiyalı Filip Ozobiç oynayır. Onun haqda fikirləriniz nədir?
- Keyfiyyəti var. Yanılmıramsa, 8-9 ildir, Azərbaycandadır. Burada fərqlilik yaradıb ki, uzunmüddətdir oynayır.

Şahin Cəfərov


oxunma sayı: 385 | Paylaş:




?>